Bakıda kamikadze-piyadalar son anda ölümdən xilas oldular — VİDEO
Paytaxtın Yasamal rayonunda Bakı dairəvi yolunda sürücünün reaksiyası yol qəzasının qarşısını alıb.
Videoregistratorla qeyd alınan görüntütlərdən bəlli olur ki, bir qrup piyada qəfildən avtomobilin qarşısına çıxır. Sürücü onları vurmamaq üçün əyləci sıxır və son anda qəzadan xilas olur.
Yolu sonuncu keçən yaşlı qadın isə sürücünün etirazına cavab verməkdən belə çəkinmir.
Qeyd edək ki, Bakı dairəvi yolunda maksimal sürət həddi saatda 120 kilometrdir. (xəzərxəbər)