Bakı dairəvi yolu bu küçə ilə birləşdiriləcək
Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Qanlı Göl”ün şimal hissəsində 11,6 hektar torpaq sahəsində tikinti işləri aparılır.
Yasamal rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xarici Dairəvi yoldan başlayaraq “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisindən keçməklə Abbas Mirzə Şərifzadə küçəsinə çıxışı təmin edəcək Nazim Hikmət küçəsinin davamı layihəsi hazırlanıb.
Layihə müvafiq təşkilatlarla, o cümlədən Yasamal rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.