AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr - narkotik qəbul edib maşın sürdülər, avtomobil qaçırdılar

  • + A
  • - A
  • 6-06-2022, 12:48

    Sutka ərzində baş verən cinayət və hadisələr - narkotik qəbul edib maşın sürdülər, avtomobil qaçırdılar

    İyunun 3-də saat 23 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
    Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    İyunun 4-də saat 10 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində Saatlı rayon sakini Mejdun Axundovun idarə etdiyi “VAZ-2106” və İmişli rayon sakini Ş.Əliyevin idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə M.Axundov xəsarətlə xəsətəxanaya aparılarkən yolda ölmüşdür.
    Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyunun 5-də saat 13 radələrində İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində kənd sakini Ata Əliyev idarə etdiyi “MTZ-80” markalı traktoru dərəyə aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
    Faktla əlaqədar cinayət işi başlanmışdır. İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyunun 5-də saat 23 radələrində Lənkəran şəhəri ərazisində Sütəmurdov kənd sakini M.Babayevin idarə etdiyi “Mercedes” və Liman şəhər sakini Cahad Ələkbərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Ələkbərov və M.Babayevin sərnişini xəstəxanaya yerləşdirilmiş, C.Ələkbərov orada ölmüşdür.
    Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***

    Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 1-də Masallı rayonu ərazisində Bakı şəhər sakini Elvin Musayevin idarə etdiyi “Renault”, iyunun 4-də isə Bakı şəhər sakini Nəcəf Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər saxlanılmışdır.
    Polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və barələrində inzibati protokollar tərtib olunaraq Masallı rayon Məhkəməsinə göndərilmişdir.
    Məhkəmənin qərarı ilə E.Musayev nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 5 gün müddətinə, N.Məmmədov isə 5 gün müddətinə inzibati qaydada həbs olunmuşlar.
    Bu istiqamətdə tədbirlər davam etdirilir.


    ***
    Bərdə Rayon Polis Şöbəsinə iyunun 4-də saat 1 radələrində Nifçi kəndi ərazisindən kənd sakini V.İbrahimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıramaqda şübhəli bilinən kənd sakini R.Tanrıverdiyev avtomobillə birgə saxlanılmışdır.
    Bərdə RPŞ-də araşdırma aparılır.

    ***
    Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 3-də Maştağa qəsəbəsi ərazisindən Bakı şəhər sakini A.Şirinovun “Ravon” markalı avtomobilini qaçıraraq Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobili vurmuş Şamaxı rayon sakini E.Qarayev hadisə yerində saxlanılmışdır.
    Z.Həsənliyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
    Araşdırma aparılır.


    **

    Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə iyunun 4-də Bakıxanov qəsəbəsində bir nəfərin Bakı şəhər sakini İ.Bəşirzadəyə zor tətbiq edərək içərisində pulu və sənədləri olan çantasını talaması barədə müraciət daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Mailov müəyyən edilərək saxlanılmışdır.
    Araşdırma aparılır.
    **

    Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 4-də Bakı şəhər sakini M.İsmayılovun içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılmışdır. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı oradan heroin və metamfetamin də aşkar edilərək götürülmüşdür.

    **

    Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilmiş şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılmışdır. Ondan “Sayqa” markalı ov tüfəngi götürülmüşdür. Araşdırma aparılır.
    [06.06 12:08] Mahir Məsimov: Şəkidə yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib
    Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Baş Göynük kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 450 kiloqrama yaxın çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR