AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 25-05-2022, 11:41

    Sutka ərzində baş verən cinayət və hadisələr

    - Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 96 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılmışdır.
    ***


    Mayın 24-də saat 20 radələrində Abşeron rayonunun Fatmayı kəndi ərazisində Oğuz rayon sakini Ramin Səmədovun idarə etdiyi “VAZ-21154” və kənd sakini R.Salayevin idarə etdiyi “Priora” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücü xəsarətlə xəstəxanaya yerləşdirilmiş, R.Səmədov orada ölmüşdür.
    Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    Mayın 23-də saat 16 radələrində Lənkəran şəhərində şəhər sakini A.Həmidli idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Camal Ağayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada mayın 24-də ölmüşdür.
    Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    Mayın 24-də saat 23 radələrində Sabirabad rayonunun Zəngənə kəndi ərazisində kənd sakini Emin Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı beton işıq dirəyinə vurmuşdur. Nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.
    Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR