Mingəçevirdə beş yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Dilarə Əliyeva küçəsində yerləşən beşmərtəbəli binada baş verib.
2017-ci il təvəllüdlü Hüseynov Əmrah Fərid oğlu nəzarətsiz qalaraq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.
Yaralı uşaq dərhal ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.