AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 11-07-2022, 11:27

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - İyulun 9-da və 10–da ölkə ərazisində qeydə alınan cinayətlərdən 71-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 39 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
    ***

    İyulun 9-da saat 7 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Həşimov idarə etdiyi “Volkswagen” markalı avtomobillə paytaxt sakini İsmət Hümbətovanı vurub. Nəticəsə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    İyulun 9-da saat 15 radələrində Quba rayonunun Digah kəndi ərazisində rayon sakini R.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Kamilə Novruzovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyulun 9-da saat 20 radələrində Göyçay rayonunun Alıkənd kəndi ərazisində Bakı şəhər sakini Z.Məmmədli idarə etdiyi “Toyota” markalı avtomobillə velosiped sürən kənd sakini Şamil Mahmudovu vurub. Nəticəsə xəsarətlə xəstəxanaya yerləşdirilən Ş.Mahmudov orada ölüb.
    Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyulun 10-da saat 20 radələrində Sumqayıt şəhəri Yaşma bağlar sahəsində Bakı şəhər sakini Ü.Əhmədli idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Şabran rayon sakini Xudabaxış Tacəhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    İyulun 10-da saat 21 radələrində Neftçala rayonununn Qaravəlli kəndi ərazisində rayon sakini Sərxan Əsədli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü ölüb.
    Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyulun 11-də saat 1 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində Cəlilabad rayon sakini K.Zaidov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə gedən kənd sakini Vəfadar Paşazadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***

    DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 il əvvəl şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb. Araşdırma aparılır.

    ***

    Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Q.Həsənovun evinə baxış zamanı oradan 950 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

    ***
    Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 5-də Bakı şəhər sakini M.Məmmədovun içərisində pulu, sənədi və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş M.Muhammed Ali müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR