AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 29-06-2022, 11:40

    Sutka ərzində baş verən cinayət və hadisələr

    Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.
    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Daşaltı kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 2350 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
    **

    - İyunun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
    **

    İyunun 28-də saat 1 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini N.Abbasovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini Həzrətabbas Hümbətovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə H.Hümbətov və sərnişini Aykut Atayev hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
    Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyunun 28-də saat 15 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Davudov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Azənəli Allahyarovu vurub. Nətəcədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    İyunun 28-də saat 14 radələrində Abşeron rayonunun Məmmədli kəndi ərazisində Bakı şəhər sakini R.Əsgərovun idarə etdiyi “DAF” və Tovuz rayon sakini Elman Qəhrəmanovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub və nəticədə E.Qəhrəmanov hadisə yerində ölüb.
    Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
    **

    Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Quliyeva bank hesabından 520 manatının çıxarılaraq oğurlanmasını bildirib.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dadaşov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
    **

    Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə iyunun 27-də Z.Bünyadov prospektində “Hyundai” markalı bir avtomobildən içərisində 977 manat pul, 2 ədəd mobil telefon, sənəd və açar olan çantanın oğurlanması barədə müraciət daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR