AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 4-07-2022, 12:16

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - İyulun 2-də və 3–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 73-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 29 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
    **

    İyulun 1-də saat 22 radələrində Şərur rayonunun Danyeri kəndi ərazisində Muğanlı kənd sakini İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən Xanlıqlar kənd sakini Elsevər Arzumanovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Arzumanov iyulun 2-də ölüb.
    Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.

    ***
    İyulun 2-də saat 13 radələrində Oğuz rayonunun Xalxal kəndi ərazisində Mingəçevir şəhər sakini E.Abbasov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini Əlavər Lətifovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.
    Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyulun 2-də saat 21 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Samir Zamanpurun və D.Məmmədovun idarə etdikləri “VAZ-21011” markalı iki avtomobil toqquşub. Nəticədə S.Zamanpur hadisə yerində ölüb, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər.
    Araşdırma aparılır.

    ***
    İyulun 3-də saat 3 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Beyləqan rayon sakini Ruslan Bədirxanov idarə etdiyi “Kia” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.
    Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyulun 3-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında saxlanılmış “Hyundai” markalı avtomobili və yaxınlıqda olan sürücüsü, Bərdə rayon sakini Etiram Hüseynovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Hüseynov ölüb.
    Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    İyulun 3-də saat 4 radələrində Xətai rayonunun 8 Noyabr prospektində Bakı şəhər sakini T.Seyidov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun kənarında dayanmış 30-35 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.
    Xətai Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

    ***
    İyulun 4-də saat 1 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisində Mingəçevir şəhər sakini Z.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Vaqif Məmmədzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
    **

    Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib.
    Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub. Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.
    Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
    Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
    **
    Goranboy Rayon Polis Şöbəsinə iyulun 3-də saat 2 radələrində şəhər sakini A.Qurbanova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş H.Musayev və E.Xəlilov müəyyən edilərək saxlanılıblar. Polis əməkdaşları tərəfindən onların şəhər sakini S.Abdullayevanın “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən olunub.
    Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
    **

    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxt sakini olan 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarmaqda şübhəli bilinən Gədəbəy rayon sakini O.Hüseynov saxlanılıb.
    Polis əməkdaşları tərəfindən onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da müəyyən olunub.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR