AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 5-12-2022, 10:08

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Dekabrın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 88, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.
    ***

    ❗Yol-nəqliyyat hadisələri

    Dekabrın 3-də saat 16 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində rayon sakinləri Xanlar Tağıyevin idarə etdiyi “VAZ-21214” və S.Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə X.Tağıyev hadisə yerində ölüb.
    Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    Dekabrın 3-də saat 18 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağdam rayon sakini Cavanşir Məmmədovun idarə etdiyi “VAZ-21011” və Kəlbəcər rayon sakini N.Qarayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Məmmədov hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Dekabrın 3-də saat 20 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində rayon sakini F.Zəkəriyəyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən kənd sakini Vasif Cəlilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
    Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər sakini F.Mamedovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə M.Hüseynzadə və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Dekabrın 4-də saat 18 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Məmmədov idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramilə İbrahimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR