AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 30-06-2022, 12:50

    Sutka ərzində baş verən cinayət və hadisələr

    Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə iyunun 26-da saat 2 radələrində S.S.Axundov küçəsində 3 nəfərin Bakı şəhər sakini H.Şükürovu döyüb bıçaqla hədələyərək 80 manatını və mobil telefonunu talamaları barədə müraciət daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri F.Yarıyev, M.İmanov və Şirvan şəhər sakini İ.Eldar oğlu müəyyən edilərək saxlanılıblar.
    Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


    Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə iyunun 29-da saat 3 radələrində rayon ərazisində bir nəfərin “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini S.Məmmədlini bıçaqla hədələyib avtomobilini ələ keçirərək hadisə yerindən uzaqlaşması barədə müraciət daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə tapılıb və salonundan sürücüyə məxsus mobil telefonun götürülməsi aşkar olunub. Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Şərifov müəyyən edilərək saxlanılıb.
    Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


    Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə iyunun 30-da Bakı şəhər sakini G.Musazadənin içərisində bank kartları, sənədlər və kosmetik əşyaları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Kərimov müəyyən edilərək saxlanılıb.
    Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


    Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Sahil qəsəbəsində 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.


    Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Tağıyevə məxsus çay evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.


    Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, 16 yaşlı A.Əliyevdən marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun marixuananı əmisi M.Əliyevin evindən götürməsi müəyyən olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu, oradakı yardımçı təsərrüfatdan isə 31 qrama yaxın marixuana götürülüb.

    Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.
    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı Qax rayonunun Uzuntala kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 3130 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

    - İyunun 29-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 75-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


    - Axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

    İyunun 29-da saat 13 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri E.Qasımovun idarə etdiyi “Hyundai” və R.Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Əliyevin sərnişini Dünyamalı Məmmədov hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    İyunun 28-də saat 23 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində rayon sakini V.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Yexlax rayon sakini K.Kərimovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən K.Kərimov ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR