AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftə sonu baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 18-07-2022, 10:34

    Həftə sonu baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - İyulun 16-da və 17–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 90-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
    **
    İyulun 16-da saat 1 radələrində Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisində rayon sakini C.Zamanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişinlərindən rayon sakini Fərid Zamanov hadisə yerində ölüb, digər sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
    Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyulun 16-da saat 7 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Füzuli rayon sakini Məhəmməd Baxışovun idarə etdiyi “Ford” və Yardımlı rayon sakini Ş.İmanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə M.Baxışov hadisə yerində ölüb, Ş.İmanov isə xəstəxanaya yerləşdirilib.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    İyulun 17-də saat 19 radələrində Quba rayonunun Xırt kəndi ərazisində rayon sakini A.İmamverdiyev idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini, rayon sakini Məxfurə Qayıbova hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
    Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyulun 17-də saat 11 radələrində Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ərazisində qəsəbə sakini S.Tahirov idarə etdiyi “Hyundai” markalı avtomobillə velosiped sürən həmyerlisi Nazim İsayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.
    Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyulun 17-də saat 19 radələrində Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində rayon sakini Həmdulla Səlimov idarə etdiyi “Seat” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.
    Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    İyulun 17-də saat 21 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini F.Şahverdiyeva idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Mərdan Mehdiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    **
    Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.
    Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
    **

    İyulun 16-da saat 2 radələrində Hacıqabul rayonu ərazisində işıq sistemi nasaz vəziyyətdə olan “Hyundai” markalı avtomobil BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.
    Polis əməkdaşları tərəfindən sürücü, Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovun və sərnişini, həmyerlisi Yaqub Məmmədovun narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar həkim müayinəsinə dəvət ediliblər. Lakin bu zaman onlar tabesizlik göstərib, Y.Məmmədov isə bıçaqla polis əməkdaşlarına xəsarət yetirməyə cəhd edib.
    Polis əməkdaşlarının çevikliyi ilə Y.Məmmədov tərkisilah edilib.
    Sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub. Onlar araşdırma aparılması üçün Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.
    Polis Şöbəsində şəxsi axtarış zamanı Y.Məmmədovdan 40 qram marixuana, R.Məmmədovdan heroin və metamfetamin, avtomobilə baxış zamanı isə elektron tərəzi aşkar olunaraq götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR