İçkili qayınata gəlini dodağından öpdü, toyda "qırğın" düşdü - VİDEO
Toyda bəyin atasının sərxoşluğu kütləvi davaya səbəb olub.
Milli.Az xəbər verir ki, içkili qayınata restoranda yüzlərlə qonağın qarşısında gəlinini qucaqlayıb, dodağından öpüb.
Gəlin qayınatasının bu hərəkətinə görə narahat olub və özünü itirib. Toyda qonaqlar arasında kütləvi dava düşüb.
Qız evi oğlanın atasının başına qab-qaşıq, meyvə və bəzi dekorasiya vasitələri atıb.
Oğlanın ailəsi səhnəyə çıxaraq qonaqlardan üzr istəyib, bunu sərxoşluqla əlaqələndirib.
Həmin anların videosu sosial şəbəkələrə yüklənib. Video rekord sayda izlənilib.
Qeyd edək ki, hadisə Çinin Jiangsu vilayətində baş verib.