AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda məşhur narkotik alverçisi tutuldu - Axundun oğlu imiş

  • + A
  • - A
  • 11-05-2018, 10:48

    Azərbaycanda məşhur narkotik alverçisi tutuldu - Axundun oğlu imiş
















    Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şimalda məşhur narkotik alverçisi "Çukkuş” ləqəbli, Xaçmaz rayon, Xudat şəhər sakini Baloğlanov Ceyhun Əhmədağa oğlu saxlanılıb.

    Yenicag.az-ın əldə etdiyi məlumata görə, onu külli miqdarda narkotik satışını həyata keçirərkən saxlayıblar.

    Onu da qeyd edək ki, "Çukkuş” ləqəbli bu şəxs uzun illərdir ki, şimal bölgəsində böyük narkoplantasiyaların bağbanı kimi tanınsa da, onu faktiki olaraq "iş başında” yaxalamaq mümkün olmayıb.

    Maraqlıdır ki, hazırda barəsində 3 ay həbs-qətiimkan tədbiri seçilən narko-dilerin atası Əhmədağa Baloğlanov da Xudat şəhərinin axundudur.

    Xatırladaq ki, bir müddət əvvəl də "Çukkuş”un yaxın qohumu Şükürov Tural Vaqif oğlu da yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli əməllərə cəhd etdiyinə görə həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR