“Euro-Futbol.Ru” xəbər verir ki, İtaliyanın “Udineze”sinin mərkəz yarımmüdafiəçisi Sandi Lovriç Moskva “Spartak”ına maraqlıdır.
Lovriçin "Udineze" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt-ın məlumatına görə, Lovriçin bazar dəyəri 8,5 milyon avro qiymətləndirilir.
Ötən mövsüm Lovriç İtaliya çempionatında 36 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə verib.
“Krasnodar” Rusiya çempionatı-2024/25 mövsümünü 67 xal toplayaraq birinci pillədə başa vurub. Komanda ölkə çempionatının son turunda Moskvanın “Dinamo”suna 3:0 hesabı ilə qalib gələrək RPL-in qalibi olub. 2008-ci ildə yaradılan klub üçün bu çempionat tarixdə bir ilk oldu.
Ölkə çempionatında ikinci yeri aktivi 66 xal olan “Zenit” tutub. İlk üçlüyü 59 xalla Moskva ÇSKA qapayıb. Dördüncü pillədə qərarlaşan “Spartak” ondan iki xal geridə qalıb və “Dinamo”lular ilk beşliyi qapayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.