Suriyada Əs-Suveyda əyalətində keçid hökumət qüvvələri ilə druzların yaraqlıları arasında baş verən silahlı toqquşmalarda azı 356 nəfər həlak olub.
Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.
Məlumata görə, həlak olanlar arasında 55 mülki şəxs və 79 yaraqlı da var.
Sabitliyi bərpa etmək üçün Dəməşqdən göndərilən Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlıları 189, hökumətyönlü ərəb qəbilə qrupları isə 18 milis itkisi verib.
İyulun 16-da İsrailin Dəməşqə endirdiyi aviazərbələr nəticəsində daxili təhlükəsizlik qüvvələrinin daha 15 əməkdaşı həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.