AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaxarova: Aİ öz maliyyə yardımı ilə Ermənistanı asılı vəziyyətə salmağa çalışır

  • + A
  • - A
  • Dünən, 19:00

    Zaxarova: Aİ öz maliyyə yardımı ilə Ermənistanı asılı vəziyyətə salmağa çalışır

    Brüssel maliyyə fırıldaqları vasitəsilə İrəvanda öz təsirini gücləndirməyə çalışır.

    Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    "Brüssel artıq dəfələrlə Ermənistana pul vəd edib. Vədin nə dərəcədə yerinə yetirildiyini isə İrəvandan soruşmaq lazımdır: onlar bu pulları alıblar, yoxsa yox?", - o bildirib.

    M.Zaxarovanın sözlərinə görə, Rusiya Brüsselin Ermənistana nə qədər pul ayırdığını yoxlamaq niyyətində deyil, lakin Qərb həmişə "səxavətli vədlər verir" və bu yolla üçüncü ölkələrdə öz təsirini möhkəmləndirir.

    Diplomatın sözlərinə görə, Aİ həmçinin üçüncü ölkələri “güzəştli” kreditlərə alışdıraraq orada "qərbyönümlü vətəndaş cəmiyyəti" yaradır, onları qrantlarla təmin edir.

    "Bu, artıq çoxdandır ki, yardım deyil, üçüncü ölkələrin siyasətinə təsir rıçaqıdır. Biz əminik ki, sosial-iqtisadi inkişaf məqsədləri üçün yardım tamamilə başqa əsaslarda həyata keçirilməlidir. Suverenliyə hörmət etmək, özünəməxsusluğu qorumaq, xarici siyasi və iqtisadi maraqlara hörmətlə yanaşmaq lazımdır və belə hadisə üçüncü ölkələrə ziyan vurmaq və ya qeyri-sabitlik yaratmaq üçün alət olmamalıdır", - M.Zaxarova vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR