Polis xəyanət edən arvadını boğub öldürdü — TƏFƏRRÜAT
Beyləqanda baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Lent.az xəbər verir ki, rayonun Sarısu kənd sakini Mübariz Ağayev Mühafizə Polisinin əməkdaşı olub.
Məlumata görə, M. Ağayev arvadı Səidə Ağayevanın ona xəyanət etdiyini öyrənib. O, qaynını evə dəvət edərək, bu barədə ona məlumat verib və sübut kimi arvadının telefonunda olan fotoşəkilləri ona göstərib.
Daha sonra evdən çıxan Mübariz Ağayev niyyətini həyata keçirmək üçün müvafiq vaxt gözləyib. O, gecə saatlarında uşaqların yatmasını gözləyib. Bundan sonra arvadı Səidə Ağayeva ilə təklikdə xeyli söhbət edib. Söhbətin gedişində əsəblərini cilovlaya bilməyən M. Ağayev arvadının boğazına kəndir dolayaraq, onu boğub öldürüb.
Hadisədən sonra Mübariz Ağayev könüllü şəkildə polisə təslim olub.
Ailənin birgə nikahdan iki övladı var.