AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Liqasında ilk tura yekun vurulub – NƏTİCƏLƏR

  • + A
  • - A
  • 21-09-2018, 09:27

    Avropa Liqasında ilk tura yekun vurulub – NƏTİCƏLƏR















    Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

    “Report” xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” səfərdə Portuqaliya “Sportinq”inə 0:2 hesabı ilə uduzub.

    Ağdam komandasının yer aldığı E qrupunda “Arsenal” İngiltərədə Ukrayna “Vorskla”sını məğlub edib – 4:2. Meydan sahiblərindən Pyer-Emerik Obameyanq 32 və 56-cı dəqiqələrdə “dubl” edib. Digər qolları 48-ci dəqiqədə Denni Uelbek və 74-cü dəqiqədə Məsut Özil vurub.

    Türkiyə təmsilçilərindən “Beşiktaş” Norveç “Sarpsborq”unu darmadağın edib – 3:0. Hər 3 qol fasilədən sonra vurulub. 51-ci dəqiqədə Rayan Babel, 69-cu dəqiqədə Entso Rokko və 82-ci dəqiqədə Ceremeyn Lens fərqlənib.

    “Akhisarspor” evdə Rusiya “Krasnodar”ına yenilib – 0:1. Yeganə qolu 26-cı dəqiqədə Viktor Klaesson vurub.

    “Fənərbağça” isə Xorvatiyanın paytaxtı Zaqrebdə “Dinamo”ya böyük hesabla uduzub – 1:4. Hesabı 16-cı dəqiqədə meydan sahiblərindən İvan Şunyiç açıb. İzet Hayroviç 27 və 57-ci dəqiqələrdə dubl edib. 60-cı dəqiqədə isə Dani Olmo “Dinamo”nun 4-cü qolunu vurub. “Fənərbağça”dan isə təsəlli qolunun müəllifi 47-ci dəqiqədə Roman Nöyştadter olub.

    Avropa Liqası

    Qrup mərhələsi, I tur

    20 senytabr

    A qrupu

    23:00. AEK (Larnaka, Kipr) – “Sürix” (İsveçrə) – 0:1

    23:00. “Lüdoqorets” (Bolqarıstan) – “Bayer” (Leverkuzen, Almaniya) – 2:3

    B qrupu

    23:00. “Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç) – 1:0

    23:00. “Leyptsiq” (Almaniya) – “Zaltsburq” (Avstriya) – 2:3

    C qrupu

    23:00. “Kopenhagen” (Danimarka) – “Zenit” (Rusiya) – 1:1

    23:00. “Slaviya” (Praqa, Çexiya) – “Bordo” (Fransa) – 1:0

    D qrupu

    23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Fənərbağça” (Türkiyə) – 4:1

    23:00. “Spartak” (Trnava, Slovakiya) – “Anderlext” (Belçika) – 1:0

    E qrupu

    23:00. “Arsenal” (İngiltərə) – “Vorskla” (Poltava, Ukrayna) – 4:2

    23:00. “Sportinq” (Lissabon, Portuqaliya) – “Qarabağ” (Azərbaycan) – 2:0

    F qrupu

    23:00. “Düdelanj” (Lüksemburq) – “Milan” (İtaliya) – 0:1

    23:00. “Olimpiakos” (Yunanıstan) – “Betis” (İspaniya) – 0:0

    G qrupu

    20:55. “Rapid” (Vyana, Avstriya) – “Spartak” (Moskva, Rusiya) – 2:0

    20:55. “Vilyarreal” (İspaniya) – “Reyncers” (Şotlandiya) – 2:2

    H qrupu

    20:55. “Latsio” (İtaliya) – “Apollon” (Kipr) – 2:1

    20:55. “Marsel” (Fransa) – “Ayntraxt” (Almaniya) – 1:2

    I qrupu

    20:55. “Beşiktaş” (Türkiyə) – “Sarpsporq” (Norveç) – 3:1

    20:55. “Genk” (Belçika) – “Malmö” (İsveç) – 2:0

    J qrupu

    20:55. “Akhisarspor” (Türkiyə)- “Krasnodar” (Rusiya) – 0:1

    20:55. “Sevilya” (İspaniya) – “Standard” (Lyej, Belçika) – 5:1

    K qrupu

    20:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Astana” (Qazaxıstan) – 2:2

    20:55. “Renn” (Fransa) – “Yablonets” (Çexiya) – 2:1

    L qrupu

    20:55. PAOK (Yunanıstan) – Çelsi” (İngiltərə) – 0:1

    20:55. “Videoton” (Macarıstan) – BATE (Belarus) – 0:2.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR