AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millimizin sabiq üzvü biznesindən danışdı: “Qazancım superdi”

  • + A
  • - A
  • 24-11-2018, 10:31

    Millimizin sabiq üzvü biznesindən danışdı: “Qazancım superdi”














    Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç biznes fəaliyyəti ilə məşğuldu. 36 yaşlı keçmiş hücumçu sport24.az-a açıqlamasında həm vətəni Serbiyada, həm də Tükiyədə biznes işlərinin olduğunu bildirib.

    Subaşiçin sözlərinə görə, bu, tikinti sektoruyla bağlıdı: “Şəxsi biznesimi qurmuşam, Belqradda firma açmışam, xeyli işçim var. Türkiyəyə mütəmadi gedib gəlirəm. Milyonluq yatırım qoydum. İki bina inşaa etmişik – biri 6, digəri 5 mərtəbəli. Türkiyədən də lazım olan materailları gətiririk. Bu işə təsadüfən məhz bu ölkədə başladım və uğurlu alındı. Sonra bunu Belqrada gətirdik. Bunda çox yaxşı uşaqlıq dostumun köməyilə oldu. İşlərim yaxşı gedir. Ailəmlə də xoşbəxtəm. İki övladım böyüyür”.

    Subaşiç futboldan kənar sahədə yaxşı qazancının olduğunu gizlətməyib: “Futbolla müqayisə edəndə indiki işimdə qazanc superdi, fərq böyükdü. Sadəcə, işini ağıllı görməlisən. Bunu etsən, rahat yaşaya, istirahət edə biləsən”.

    Maraqlıdı, “Bane” ləqəbli forvardın futbolda qalıb çalışmaq variantı olmayıb?. O, suala belə cavab verib: “Futboldan kənarda çalışacağımı inamırdım. Düşünürdüm ki, karyeramı bitirdikdən sonra necə yaşayacam, necə, hardan qazanacam. Dost-tanışların hamısı məndən soruşur ki, karyeranı bitirəndən sonra niyə menecerliklə məşğul olmursan, niyə futbol oynadığın vaxtdakı əlaqələrini istfadə etmirsən. Avropada tanınan agent olan dostum hətta mənə müraciət edib ki, gəl, birgə işləyək. Ancaq məni bu sahəyə həqiqətən çəkmir. Səbəbini bilmirəm. Ola bilər ki, gələcəkdə məşğul olum. Bunu həmişə etmək olar. Məşqçi isə çətin işləyim. Ola bilər ki, idman direktoru olum. Görürəm ki, futboldan kənar sahədə də yaxşı dolanışıq, həyat var. 12 ildi evdən kənarda idim. İndi burda qalmaq istəyirəm, üstəlik, yaxşı gəlirim var. Belədirsə, niyə işlədiyim sahəni dəyişim?”.

    Məlumdu ki, Branimir “Neftçi”də uzun müddət bir yerdə çıxış etdiyi həmyerlisi, qapıçı Vladimir Miçoviçlə birgə Bakıda “Balkan” restoran açmışdı. Ancaq bunun artıq bağlandığını Subaşiç diqqətə çatdırıb: “Həm futbol oynamaq, həm də restoran işlətmək düz gəlmirdi. Bu, daha çox kafe tipli iaşə obyekti idi. Fikrimdə, Bakıda böyük restoran açmaq idi. Sonra Belqradda Azərbaycan restoranı açmaq istəyirdim. Burda biri var – “Lavaş” adlanır. Dostumundu, orda həm azəri, həm də gürcü mətbəxi var. Özümün isə Serbiya paytaxtında böyük kafem var. Oranı işlətməyi qardaşıma vermişəm”.

    Premyer Liqamızın gümüş və bürünc medalçısı iş adamı olsa da, top da qovur: “Futbolu bitirənlərlə Belqradda mini-futbol oynayıram. Onlar arasında Avropada oynamış tanınmış futbolçular, Serbiya Mini-Futbol Federasiyasının prezidenti Slavişa Kokeza var. Veteran futbolçulardan “Spartak”dan Mihaylo Pyanoviç, “Zenit”dən Aleksandr Lukoviçin, “Lans”dan Deyan Milovanoviç, İtaliyada çıxış etmiş Boşko Yankoviçin adını çəkə biləərm”.

    Qeyd edək ki, Subaşiç klublarımızdan “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”da oynayıb, habelə, Ukrayna, Rusiya, Çin, Türkiyədə legioner həyatı yaşayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR