AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çempionlar Liqası: "Ferentsvaroş" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

  • + A
  • - A
  • Bu gün, 17:00

    Çempionlar Liqası: "Ferentsvaroş" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

    UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

    Macarıstanda baş tutacaq ilk matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

    Qarşılaşmada baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona bu işdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

    Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.

    Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi kimi iş başında olacaqlar.

    Qeyd edək ki, "Ferentsvaroş" -"Qarabağ" oyunu avqustun 19-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR