AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni fiqurlu konkisürənlər Azərbaycanın tələbi ilə Olimpiadada proqramlarının adını dəyişməyə məcbur qaldılar

  • + A
  • - A
  • 9-02-2026, 19:32

    Erməni fiqurlu konkisürənlər Azərbaycanın tələbi ilə Olimpiadada proqramlarının adını dəyişməyə məcbur qaldılar

    Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Karina Akopova və Nikita Raxmanin 2026-cı il Qış Olimpiya Oyunlarında təqdim edəcəkləri qısa proqramın musiqi adını dəyişdirməyə məcbur qalıblar.
    RMC Sport-un yaydığı məlumata görə, idmançıların bu mövsüm çıxış etdikləri proqram əvvəlcə “Artsax” adlanırdı. Lakin Azərbaycan Milli Olimpiya Komitəsi məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət ünvanlayıb. Nəticədə proqramın adı dəyişdirilərək “Arı Gevorkyanın musiqisi” kimi təqdim olunub.
    Məlumata əsasən, yalnız musiqinin adı dəyişdirilib, proqramın məzmununda və xoreoqrafiyasında isə heç bir dəyişiklik edilməyib.
    Qeyd edək ki, fiqurlu konkisürmə üzrə idman cütlükləri Qış Olimpiya Oyunlarında 15 fevral tarixində qısa proqramlarla çıxış edəcəklər.
    Karina Akopova və Nikita Raxmanin 2025-ci ildən etibarən Ermənistan yığmasının heyətində çıxış edirlər. Onlar 20 sentyabr tarixində keçirilən 2026-cı il Qış Olimpiya Oyunlarının seçmə turnirində ikinci yeri tutaraq Olimpiadaya vəsiqə qazanıblar.
    Fiqurlu konkisürənlər qısa və sərbəst proqramların cəminə görə 186,84 xal toplayıblar. Yarışın qalibləri Çin təmsilçiləri Jiaxuan Zhang və Yihan Huang olub (191,52 xal). Yaponiya idmançıları Yuna Naqaoka və Sumitada Moriquçi isə 178,66 xalla ilk üçlüyü tamamlayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR