Dünən Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan kubokunun qalibi “Qəbələ” qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə start verib.
İlk raunddan azad olan Sənan Qurbanovun yetirmələri Gürcüstan “Dinamo”su ilə qarşılaşıb. “Qırmızı-qaralar” Tbilisi təmsilçisini Qəbələ şəhər stadionunda qəbul edib.
Qarşılıqlı hücumlarla keçən oyunda qonaqlar hesabı açıblar. İlk yarının sonlarında fərqlənən gürcüstanlılar final fitindən bir neçə dəqiqə əvvəl ikinci qola seviniblər – 2:0.
Qeyd edək ki, “Qəbələ” və “Dinamo” arasında cavab oyunu avqustun 1-də Tbilisidə keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.