Orta çəki kateqoriyalı irland boksçu Lyuk Keller UFC-nin keçmiş çempionu Konor Makqreqoru döyüşə çağırıb. “Qafqazinfo” xəbər verir ki, onun bu addımı atmasına Konorun apreldə barların birində qocanı vurduğunu əks etdirən videonun yayılması səbəb olub.
“Makqreqorun bu qədər düşdüyünü görmək kədərlidir. O, mənim dostumla da bu cür davranmışdı. Ona yerini göstərmək istəyirəm. Ümid edirəm onda yenidən rinqə çıxmağa ürək var”, – deyə Lyuk yazıb.
Konor Lyukun bu təklifinə isterika ilə razılıq verib. Keller isə onun bu isterikasından sonra döyüşə gələcəyindən şübhələnir:
“O, heç olmasa, irlandlıların hörmətini qaytara bilər. Makqreqorun isə hörməti yoxdur. Bunu da hər hansı pulla almaq olmur”.