Xəbər verdiyimiz kimi, Azərbaycan Cüdo Federasiyasının feysbuk hesabında Tokioda keçirilən dünya çempionatı ilə bağlı edilən paylaşımın şərh bölməsində qalmaqal yaşanıb. Belə ki, cüdoçuları tənqid edən sosial şəbəkə istifadəçiləri təhqirə məruz qalıblar.
Azərbaycan Cüdo Federasiyasının baş katibin müavini Elnur Əşrəfoğlu açıqlama verib:
“Bunu yazanlar bizim cüdoçular deyil. Feyk profillərdi. Birinci dəfə deyil ki, belə problemlərlə üzləşirik. Hidayətin adına feysdə 100 dənə profil var, amma onun özünün rəsmi səhifəsi yoxdur. Aişənin də adına həmçinin. Onun özünün rəsmi profili isə tamam başqadı. Çətin deyil ki, adlarını yazsanız feysdə, görəcəksiniz. Bir qrup adam var ki, belə profillərlə yazıb qəsdən aranı qızışdırırlar. İmkan verməyək ki, dırnaqarası dostlarımız belə şeylərdən istifadə etsinlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.