AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mbappenin transferi üçün rekord məbləğ

  • + A
  • - A
  • 19-09-2019, 12:27

    Mbappenin transferi üçün rekord məbləğ

    İspaniyanın “Real” futbol klubu Fransanın PSJ komandasının hücumçusu Kilian Mbappenin transferi üçün rekord məbləğ ödəmək niyyətindədir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “TASS” “El Chiringuito TV” telekanalına istinadən yazıb.

    İspanlar 20 yaşlı Fransa forvardını 275 milyon avroya almaq istəyir. İlkin məlumatlara görə, Mbappe yeni komandanın tərkibində ilə 35 milyon avro qazanacaq. Mükafat ödənişlərinin məbləği isə 5 milyon avro təşkil edəcək.

    Qeyd edək ki, bundan əvvəlki transfer rekordunun məbləği 222 milyon avro təşkil edib. Bunu PSJ İspaniyanın “Barselona” futbol klubunun oyunçusu Neymara görə ödəyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR