AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ”ın qapıçısı “ən pislər” arasında

  • + A
  • - A
  • 26-09-2019, 11:02

    “Qarabağ”ın qapıçısı “ən pislər” arasında

    İspaniyanın “Marka” nəşri 2018/2019-cu il mövsümünün ən pis futbolçuları barədə sorğu keçirib. “Qafqazinfo” xəbər verir ki, 150 min azarkeşin işirak etdiyi səsvermədə bütün mövqelərdə ən zəiflər açıqlanıb.

    Azarkeşlərin fikrincə, ötən mövsümün ən pis qapıçısı “Liverpul”dan “Beşiktaş”a keçən Loris Karius olub. İkinci yeri “Monpelye”də çıxış edən jerenimo Rulli izləyib. “Bornumtdan” “Qarabağ”a icarəyə gələn Asmir Beqoviç isə 3-cü olub.

    Ötən mövsümün ən pis müdafiəçisi Fil Cons (“Mançester Yunayted”), yarımmüdafiəçisi Filipp Koutinyo (“Barselona”), hücumçusu isə Aleksis Sançes (“Mançester Yunayted”) olub. Maraqlıdı ki, Koutinyo və Sançes də qapıçılar kimi, hazırda başqa klubun şərəfini qoruyur.

    Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi yanvara qədər icarəyə götürüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR