İngiltərə Premyer Liqasında bu mövsümdən VAR-ın (Video Assistan Referee) tətbiqindən sonra bir neçə oyundakı qərar mübahisəyə səbəb olub.
Sportal.az xəbər verir ki, "Mançester Siti"nin mühəndis azarkeşlərindən biri VAR-ın qərarlarına görə riyazi hesablamalar aparıb.
Hovard Rocers adlı fanatın hesablamasına görə, VAR oyundankənar vəziyyətlər üçün yetərli deyil.
Saniyədə 50 epizod yaddaşa alan kamera driblinq sürəti 34,97 km/saat olan Rahim Sterlinqin ofsaydda olub-olmaması ilə bağlı ciddi səhv edə bilər. Saniyədə 9,7 metr qaçan Sterlinq VAR-ın ofsayd kamerasını sürətdə qabaqlayır.
Hesablamalara görə, VAR sürətli futbolçunun 20 sm-dən daha qısa məsafədə ofsaydda olduğuna qərar verərsə, səhv etmiş olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.