AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu stadiona Ronaldonun adı veriləcək

  • + A
  • - A
  • 14-10-2019, 09:56

    Bu stadiona Ronaldonun adı veriləcək

    “Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun adı stadiona veriləcək.
    Matc.az xəbər verir ki, “Sportinq” (Lissabon) klubu stadionuna keçmiş futbolçusu Ronaldonun adını verməyi planlaşdırır.

    Klubun prezidenti Federiko Varandas məsələylə bağlı danışaraq, bunları deyib:

    “Ronaldonun adını klubumuzla, stadionumuzla əlaqələndirməkdən qürur duyarıq. Aşağı yaş komandalarının yerləşdiyi binanın divarlarında Ronaldoya aid bir çox məlumat, şəkil var. Stadiona da onun adını vermək bizi daha da qürurlandırar. O, bütün dövrlərin ən yaxşı portuqaliyalı futbolçusu və tarixin ən yaxşı idmançılarından biridir”.
    Portuqaliya təmsilçisinin stadionun adını dəyişmək üçün Ronaldonun karyerasını bitirməsini gözlədiyi bildirilir.

    “Sportinq”in yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan Ronaldo, 2002-2003-cü illərdə bu komandanın şərəfini qoruyub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR