Avro-2020-nin B qrupunda keçirilən Danimarka - Finlandiya oyununda şok anlar yaşanıb.
“Azadmedia.az” xəbər verir ki, qarşılaşmanın 43-cü dəqiqəsində danimarkalıların ulduz futbolçusu Kristian Eriksen ürəktutmasından yerə yıxılıb.
Həkimlər onu xəstəxanaya aparıb. Durumu ağır olan Eriksen üçün bütün tribunlar göz yaşlarına qərq olub.
Buna görə matç dayandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.