AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AVRO-2020: Növbəti tur başlayır

  • + A
  • - A
  • 5-09-2019, 09:28

    AVRO-2020: Növbəti tur başlayır

    Bu gün AVRO-2020-nin seçmə mərhələsində V tura start veriləcək.

    APA-nın məlumatına görə, ilk oyun günündə 9 oyun keçiriləcək.

    Bu matçlar 4 qrupda baş tutacaq. D qrupunun lideri İrlandiya digər iddialı İsveçrə ilə görüşəcək. Danimarka isə autsayder Cəbəllütariqin qonağı olacaq.

    F qrupunda üç oyun planlaşdırılıb. İlk 4 turda qələbələri sıralayan İspaniya izləyiciləri sırasında yer alan Rumıniyanın qonağı olacaq. Digər iddialılar İsveçlə Norveç autsayderləri sınağa çəkəcək. Sonuncular Maltanı qəbul edəcəksə, isveçlilər Farer adaları ilə görüşəcək.

    G qrupunda bir qarşılaşma keçiriləcək. Final mərhələsinə vəsiqə arzusunda olan İsraillə Makedoniya üz-üzə gələcək. Sonuncular rəqibinə çatmağa, meydan sahibləri isə liderlə fərqi azaltmağa çalışacaq.

    J qrupunun lideri İtaliya səfərdə Ermənistanla qarşılaşacaq. Finlandiya isə evdə Yunanıstanı qəbul edəcək. Autsayder Lixtenşteyni qonaq edəcək Bosniya və Herseqovina isə xal hesabını artırmaq niyyətindədir.

    Qeyd edək ki, V turun digər oyunları sentyabrın 6-7-də keçiriləcək.

    AVRO-2020-nin seçmə mərhələsi
    V tur
    5 sentyabr

    D qrupu
    22:45. İrlandiya – İsveçrə
    22:45. Cəbəllütariq – Danimarka

    1 İrlandiya 4 3 1 0 5-1 10
    2 Danimarka 3 1 2 0 9-5 5
    3 İsveçrə 2 1 1 0 5-3 4
    4 Gürcüstan 4 1 0 3 4-8 3
    5 Cəbəllütariq 3 0 0 3 0-6 0
    F qrupu
    22:45. Rumıniya – İspaniya
    22:45. Norveç – Malta
    22:45. Farer adaları – İsveç

    1 İspaniya 4 4 0 0 11-2 12
    2 İsveç 4 2 1 1 8-7 7
    3 Rumıniya 4 2 1 1 11-5 7
    4 Norveç 4 1 2 1 8-7 5
    5 Malta 4 1 0 3 2-10 3
    6 Farer adaları 4 0 0 4 3-12 0
    G qrupu
    22:45. İsrail – Makedoniya

    1 Polşa 4 4 0 0 8-0 12
    2 İsrail 4 2 1 1 8-7 7
    3 Avstriya 4 2 0 2 7-6 6
    4 Sloveniya 4 1 2 1 7-3 5
    5 Makedoniya 4 1 1 2 5-7 4
    6 Latviya 4 0 0 3 1-13 0
    J qrupu
    20:00. Ermənistan – İtaliya
    22:45. Finlandiya – Yunanıstan
    22:45. Bosniya və Herseqovina – Lixtenşteyn

    1 İtaliya 4 4 0 0 13-1 12
    2 Finlandiya 4 3 0 1 6-2 9
    3 Ermənistan 4 2 0 2 7-6 6
    4 Yunanıstan 4 1 1 2 6-8 4
    5 Bosniya və Herseqovina 4 1 1 2 5-7 4
    6 Lixtenşteyn 4 0 0 4 0-13 0


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR