AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Çox uğurlu nəticə oldu” - Qurbanov

  • + A
  • - A
  • 1-12-2023, 07:19

    “Çox uğurlu nəticə oldu” - Qurbanov

    Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqası qrup mərhələsinin 5-ci turunda səfərdə “Molde” ilə 2:2 hesablı heç-heçə edib.

    Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Çox uğurlu nəticə oldu. Oyunun gedişatına baxsaq, belədir. Daha yaxşısını gözləyirdim. Fikirləşirdim ki, o qədər çətinliyimiz olmaz, meydanaçaya daha tez uyğunlaşarıq. Amma havaya, meydançaya tam uyğunlaşa bilmədik. Demişdim ki, çətinliklərə dözmək lazım olacaq. Futbolçular bunu bacardı.Sonda da gedişatı dəyişdillər, çox vacib xal oldu. Bir oyunumuz qaldı. Bakıdakı matça daha yaxşı hazırlaşmağa çalışacağıq. Bu bir xalın bizə faydası çox oldu. Amma arxayınlşamaq olmaz. Bakıda daha diqqətli olmalıyıq. Daha istəkli olmaq lazımdır. Futbolçulara təşəkükr edirəmki, bütün çətinliklərə baxmayaraq, inamlarını itirmədilər.

    - Məcburi əvəzetmələr olmasaydı, qalib gələ bilərdiz?

    - Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə bəziləri bir az gözlənilməz oldu. Amma ümumən rəqib çox keyfiyyətlidir. "Molde"yə qiymət vermək lazımdır. Öz oyun sistemini, fəlsəfəsini meydanda çox yaxşı icra edirlər. Sistemə elə uyğunlaşıblar ki, hamı bilir nə edəcək. Çox epizodlarda diqqətli olub qarşısını aldıq. İlk hissədə oyun quruculuğunda dəyişiklik etmişdik. Müdafiədə ilk yarının son 15 dəqiqəsində rəqibi düzgün bağlaya bilmədik. İkinci yarıda daha diqqətli olduq, daha rahat bunu etdik. Sadəcə sonda biz qol vurmalıydıq, rəqib vurdu. Əvəzetmədən oyuna girənlər özlərini pis tərəfdən göstərmədilər. Düzdür, balans bir az pozuldu. Amma daha aqressiv oldular.

    - 90+5-ci dəqiqədə gələn qol yeni tarix üçün tam dönüş nöqtəsi ola bilər ? Artıq Konfrans Liqasının pley-off mərhələsini təmin etmisiz...

    - Son dəqiqələrdə həm buraxılan, həm vurulan qollar komandanın böyüməsi üçün vasitədir. Belə oyunlarda son dəqiqələrdə bu cür qol vurmaq komandaya əlavə motivasiya, inam verir. Çox vacibdir. Bakıda "Bayer"lə matçda son dəqiqə buraxılan qol futbolçulara çox təsir etmişdi. Amma həmin oyundan futbolçularım çox şey götürdülər. Belə qollar böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Bir oyunumuz qalıb. Əgər son oyunda bunu edə biləriksə, daha aktiv, daha diqqətli, daha soyuqqanlı olmalıyıq. Konfrans Liqasına gəlincə, bu, ancaq sevindirir. Amma bununla futbolçularım dayanmayacaq, hamımız daha yaxşısını istəyəcəyik. Bakıda daha diqqətli olmağa çalışacağıq.

    - Belə çətin oyunlar üçün komandanın yetərincə ehtiyat qüvvəsi var? Qışda bununla bağlı hansı planlar var?

    - Bu gün bir az çatışmazlıq orta xətdə oldu. Orta xətdə bəlkə daha tez dəyişiklik edə bilərdim, Patrik, Yankoviç yorulmuşdu. Düzdür, Riçard var idi. Romaonun olmaması bəzi rotasiyalar etməyə mənə mane oldu. Juninyonun gözlənilməz dəyişikliyi bir az planlarımızı pozdu. Amma biz həmişə yaxşı oyunçu axtarırıq. Bir-iki oyunçu qışda transfer etmək istəyərik. Daha bacarıqlı, sağlam oyunçuların çoxluğu işimizi asanlaşdırır.

    - Bəhlul Mustafazadə son dəqiqədə hücuma keçdi, Patrik Andrade onun yerinə. Öncədən planlaşdırılmış bir şey idi?

    - Bakıda da belə oyunlar olmuşdu, hətta Kevin və Bəhlul sonda riskə getmişdi. Oyun anında Bəhlulun önə getdi, künc zərbəsindən sonra orada qaldı. Toral Bayramova dedim ki, Bəhlul yerinə qayıtsın ki, 2:1 hesabını qoruyaq, riskə getməyək, Patrik daha öndə olsun. Top orada qaldı, korner oldu, Bəhlul da bundan istifadə etdi. Qarşıda da belə hallar olsa, bu addımları atacağıq.

    - Azərbaycan futbolu üçün yeni tarix yazmağın bir addımlığındasız. Bununla bağlı nə deyəcəksiz?

    - Mənə inanın, bunu çox dərindən düşünməli deyilik. Daha soyuqqanlı və daha da bacarıqlı olmağa çalışmalıyıq. "Hekken"in qələbəsi yoxdur, uduzub bütün oyunları. Çox istəkli gələcəklər. Buna hazır olmalıyıq. Onlar qələbə istəyəcək. Biz oyuna çox intizamlı hazırlaşmalıyıq. Çox aqressiv, istəkli olsaq, bizə maneçilik törədək. Sadəcə meydanda verilən tapşırıqları, oyunumuzu düzgün icra etməliyik. Qarşıdakı çempionat oyunlarına hazırlaşacağıq. Həmin matça qədər bir neçə günümüz olacaq. "Hekken"in oyununa baxdıqdan sonra komandanı soyuqqanlı şəkildə oyuna hazırlamağa çalışacağıq.

    - Bu matçı məşqçilik karyerazında ən çətin və ən həyəcanlı oyun hesab etmək olar?

    - Deməzdim. Bugünkü durumuma baxsaq, daha həyəcanlı, gərgin oyunlarım çox olub. Bu gün bir o qədər həyəcan yox idi, hətta rahat idim. Dünən də demişdim ki, ola bilər minimal hesabla uduzaq və hər şey son oyuna qalsın. Bu gün belə oldu. Həyəcan yox idi. Fikrimdə o var idi ki, böyük şansa sahibik və qalib gəlsək, hər şey həll olunacaq, Olmayacaqsa, Bakıdaklı matça hazırlaşacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR