Xankəndində Azərbaycan kuboku çərçivəsində “Qarabağ” – MOİK görüşü başa çatıb. Ağdamlılar 1:0 hesabı ilə qalib gəlib.
Xankəndi şəhərində “Qarabağ” (Ağdam) və MOİK (Bakı) komandaları arasında futbol üzrə Azərbaycan Kuboku oyunu başa çatıb.
Ağdamlılar 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu oyunun lap sonlarında yarımmüdafiəçi Nəriman Axunzadə vurub.
Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində ölkə kubokunun 1/4 final mərhələsinə yüksəlib və burada Bakının digər komandası - rusiyalı Murad Musayevin rəhbərlik etdiyi "Sabah"la oynayacaq.
Xatırladaq ki, “Qarabağ” – MOİK görüşü 30 il ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən ilk qarşılaşma olduğu üçün tarixi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.