Rusiya büdcəsi milyardlar itirəcək
2018-ci ilin yekunlarına əsasən Rusiya büdcəsi milyardlarla rubl itirəcək.
Oxu.Az xəbər verir ki, bunu Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin Dövlət Dumasında çıxışı zamanı bəyan edib.
O bildirib ki, büdcəyə daxilolmalarda azalma 17,4 milyard rubl (səhmlər üzrə dividendlər) təşkil edəcək.
Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi 2018-ci ildə hökumətin 250,7 milyard rubl gəlir əldə edəcəyini gözləyir. Qurum dəfələrlə dövlət şirkətlərini gəlirin 50 faizini dividend qismində dövlət büdcəsinə köçürməyə çağırsa da, buna nail ola bilməyib. Çünki hər bir şirkət üçün normativ fərdi qaydada müəyyən olunur.