Nazim Eynallı
19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol istismar MMC-nin rəisiC. Qafqazda sülhü bərqərar etmək Azərbaycan prezidenti üçün hər zaman prioritet olub. Bu baxımdan da bu görüş "tarixi gün" kimi qiymətləndirilir. Görüşdə əldə olunan məsələlər regional və qlobal müstəvidə xüsusi əhəmiyyətə malikdir.
ATƏT Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasinda ölkəmizə qarşı ərazi iddialarınin aradan qaldırılması sülh gündəliyinə daxil olun əsas məsələlərdən olub. Azərbaycan bu istiqamətdə danışıqlar aparıb. Bu baxımdan da Azərbaycanin sülh şərtləri dəyişməzdir. Məhz Vaşinqton görüşündə də bu məsələlər müzakirə olundu. Sülh gündəliyi paraflandı.
Ümumiyyətlə, Azərbaycan öz coğrafi mövqeyindən məharətlə istifadə edərək, Şərqlə Qərb arasında enerji və nəqliyyat körpüsü rolunu oynayır. Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi layihələr bunun bariz nümunəsidir. Bu layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artırıb.
2020-ci il Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu, təkcə hərbi deyil, həm də diplomatik və informasiya müstəvisində uğurlu siyasətin nəticəsi idi. Bu hadisə regiondakı güc balansını dəyişdi və Azərbaycanın strateji çəkisini artırdı.
Tarixi hadisə olan Vaşinqton görüşü zamanı həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirildi. İqtisadi inkişaf və enerji siyasəti mühüm məsələlər sırasında yer alır.
Bir sözlə, Vaşinqton görüşü sülhün imzalanmasına ən yaxşı töhfədir
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.