“Dolların çöküşü” üçün zaman verildi: UCUZLAŞACAQ
Yaxın 5 ayda Amerika dollarının çöküşünü gözləmək lazım deyil
Bu barədə “Bloomberg” yazıb
Agentliyin analitikləri hesab edirlər ki, dolların çöküşü 2019-cu ilin ikinci kvartalından sonra müşahidə edilə bilər. Buna görə də gələn ilin birinci kvartalında dolların məzənnəsində ciddi azalma gözləməyə dəyməz.
Analitiklər hesab edir ki, Federal Ehtiyatlar Sistemi dollara öz dəstəyini göstərəcək. Həmçinin əmək bazarındakı pik göstəricilər də dollara təsirsiz ötüşməyəcək. “Blommberg"in dollar indeksi son 18 ayda pik həddədir.
"Dollar pik həddinə yaxındır. Ancaq gələcək 6-12 ayda hər şey tərsinə dövr edə bilər",- deyə “Credit Agricole” agenliyinin analitiki Valentin Marinov deyib. Onun fikrincə, ABŞ-da FES-in monetar siyasəti dolların dəstəklənməsi üçün əsas faktor hesab edilməlidir. Ekspertin fikrincə, 2019-cu ilin sonuna yaxın avro dollar qarşısında dəyər qazana bilər. İndiki 1,13 məzənnəsinin həmin müddətdə 1,26 dollara qədər irəliləməsi proqnozlaşdırılır.