AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabiq nazir manatın kəskin ucuzlaşması proqnozundan danışdı

  • + A
  • - A
  • 29-01-2019, 09:52

    Sabiq nazir manatın kəskin ucuzlaşması proqnozundan danışdı














    İran və Türkiyədə milli valyutalarda kəskin ucuzlaşma qeydə alınarsa, bu halda manatın məzənnəsinin ucuzlaşmasına getmək zəruridir

    Nüfuzlu beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” 2019-2021-ci illərdə manatın dollara nisbətdə məzənnəsinin ucuzlaşacağına dair proqnoz verib. Agentliyin proqnozlarına əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsi möhkəmlənməyə başlayacaq.
    Belə ki, 2019-cu ildə orta məzənnə 1 dollar üçün 1,79 manat, 2020-ci ildə 1 dollar üçün 1,87 manat, 2021-ci ildə isə 1 dollar üçün 1,97 manat olacaq.

    Sputnik.az məsələ ilə bağlı Azərbaycanın sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovla həmsöhbət olub.

    Fikrət Yusifov qeyd edib ki, belə təşkilatlar bu cür proqnozların verilməsində müstəqildir: “Belə təşkilatların özünün təhlil, məlumatlar bazası, araşdırma alətləri var. Hər bir təşkilat bu araşdırma vasitələri ilə təhlillər aparaq, başqa bir ölkənin milli valyutaları ilə bağlı proqnozlar dərc edə bilər”.

    Sabiq nazir xatırladıb ki, bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankının sədri Elmar Rüstəmov bəyanatla çıxış edərək bu il manatın dollara nisbətdə məzənnəsinin dəyişməyəcəyini bildirib: “Bundan əlavə, 2019-cu il üzrə büdcə layihəsi parlamentdə müzakirə edilərkən həmin vaxtda da manatın məzənnəsinin dəyişməyəcəyinə dair siqnallar verildi. Azərbaycan milli valyutası tam üzən məzənnə rejiminə keçməyib. Əgər manata üzən məzənnə rejimi tətbiq olunsa idi, onda beynəlxalq reytinq agentliyinin proqnozları ətrafında bir qədər düşünmək olardı. Hazırda Azərbaycan manatının məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Ona görə də, mən daha çox Mərkəzi Bankın rəhbərinin açıqlamalarına inanıram. Çünki Mərkəzi Bank istənilən vaxt, istənilən səviyyədə manatın məzənnəsini tənzimləyə bilər”.

    Professor vurğulayıb ki, manatın məzənnəsi daha çox beynəlxalq bazarlarda neftin qiymətlərindən dəyişməsinə bağlı olacaq: “Əgər neftin qiymətində kəskin azalma baş verməyəcəksə, onda Mərkəzi Bankın sədrinin manatın məzənnəsinin sabitliyinə dair səsləndirdiyi proqnozlar özünü doğruldacaq. Əgər neftin qiymətində kəskin azalma olarsa, mən bir barel neft üçün 40 dollardan aşağı olarsa, manatın dollara nisbətdə ucuzlaşması qeyd alınacaq. Əgər qonşu ölkələrdə – xüsusilə İran və Türkiyədə milli valyutalarda kəskin ucuzlaşma qeydə alınarsa, bu halda manatın məzənnəsinin ucuzlaşmasına getmək zəruridir, hətta lazımdır da. Ancaq hələ ki, manatın məzənnəsinin sabit olacağını düşünürəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR