AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siqaret qadağası gəlir: sahibkarlar itirəcək

  • + A
  • - A
  • 15-04-2017, 15:41

    Siqaret qadağası gəlir: sahibkarlar itirəcək












    "Azərbaycan reallığında siqaretləri şəxsiyyət vəsiqəsi ilə almağı nəzərdə tutan qanunun icrasından danışmaq mümkün deyil".

    Bu sözləri ekspert Natiq Cəfərli axar.az-a Azərbaycanda siqaret satışına və istifadəsinə qoyulan qadağalar haqda danışarkən deyib. O, hər hansı qanun dəyişikliyinin təsdiqindən öncə cəmiyyətə necə təsir edəcəyini araşdırmaq lazım olduğunu bildirib:

    “Qanunlar hər bir ölkənin oturuşmuş qaydalarının çərçivəyə salınmasına xidmət etməlidir. Bundan əvvəl də siqaret və spirtli içkilərin satışında yaş məhdudiyyəti var idi. Amma icra olunmurdu. Böyük marketlərdə bunu tətbiq etmək asan olsa da, kiçik məhəllə dükanlarında bu, qətiyyən mümkün olmayacaq. Məsələn, siqaret almaq üçün ata övladını marketə göndərdikdə satıcı ailəni tanıdığı üçün etiraz etməyəcək. Satıcının bununla həm də gəlir əldə etdiyini nəzərə alsaq, bu qanunun icrasının mümkünlüyü yenə sual altında qalır.

    Bunu yalnız qadağalarla, inzibati qaydalarla tətbiq etmək çətindir. Bunun üçün ilk olaraq sosial çarxlar, sosial reklamlar vasitəsilə ciddi təşviq işləri həyata keçirilməlidir. Yəni adamlar qadağalara əvvəlcədən hazır olmalıdır”.

    Qapalı məkanlarda siqaret çəkilməsini qadağan edən qanun layihəsi haqda danışan N.Cəfərli bunun icrasına daha asan nəzarət oluna biləcəyini deyib:

    “Qapalı məkan sahibləri bununla bağlı öncədən məlumatlandırılsa və müxtəlif yollarla həvəsləndirilsə, qanunun icrasına nəzarət daha asan olar. Yəni hər hansı ticarət obyetki bu qadağaya müştərisini itirəcəksə, həmin sahibkara müəyyən güzəştlər edilməlidir. Çünki bu, onların alverinə mənfi təsir edəcək. Əks halda gizli şəkildə qanunların pozulması artacaq”.

    Qeyd edək ki, Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının (siqaret) satışı və onların tütün ticarətinə cəlb edilməsi qadağan edilir. Bundan sonra bütün satış məntəqələrində siqaretlərin satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq.

    Həmçinin restoran, kafe və barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) siqaret çəkmək qadağan olunacaq.

    Xatırladaq ki, ötən gün Milli Məclisin plenar iclasında “Tütün çəkilməsinə icazə verilməyən yerlər” adlı layihə müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR