AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda 2 milyardıncı ton neft hasil olunacaq

  • + A
  • - A
  • 1-11-2017, 13:31

    Azərbaycanda 2 milyardıncı ton neft hasil olunacaq













    “Bu günlərdə biz 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunmasının şahidi olacağıq”.
    AZTB.info “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Neft-Qaz Cəmiyyətinin İllik Xəzər Texniki konfrans və sərgisinin iştirakçılarına ünvanladığı məktubda deyilir. Məktubu X. Yusifzadənin müşaviri Natiq Abbasov oxuyub.

    “Milyardıncı ton Azərbaycan neftinin hasil olunması 1971-ci ilin martın 21-ə təsadüf edib. Bu ilin aprel ayında ölkə başçısının neftçilərlə görüşündə biz 2 milyardıncı ton Azərbaycan neftinin bu il hasil olunacağını demişdik. Bu, çox əlamətdar hadisədir. Kiçik bir ölkədə bu həcmdə neftin hasil edilməsi həqiqətən də böyük hadisədir. Bu hasilat 1871-ci ildən uçota alınır. O vaxtadək Azərbaycanda nə qədər neftin hasil olunduğunu bir Allah bilir”, - deyə məktubda vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR