2023-cü il Azərbaycan və Türk dünyası üçün daha uğurli il olacaq
2022-ci ildə Azərbaycanın siyasi gündəmində kifayət qədər əlamətdar hadisələr baş verib. İşğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağa ilk köç, dövlət başçısının xarici ölkələrə səfərləri, eləcə də bir çox ölkələrin liderlərinin Bakıya təşrif buyurması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar və digər məqamları ilin əsas hadisələri sırasında qeyd edə bilərik. Şuşada keçirilən Beynəlxalq tədbirləri qeyd etmək olar.
Tarixdə və ya həyatda baş verən hər bir hadisə son ola bilir və həm də yeni bir hadisənin və ya mərhələnin başlanğıcı ola bilər. Əminliklə deyə bilərəm ki, Azərbaycanın müstəqillik tarixində 2020-ci il 27 sentyabrda başlayan, Böyük Qələbə ilə başa çatan Vətən Müharibəsi tək Azərbaycan üçün deyil, bütövlükdə region üçün yüksəliş dönəminin əsasını qoydu.
Türk Dünyasının gələcəyinə yönələn hər bir müsbət dəyişikliyin əsas səbəbi qeyd etdiyim kimi, Azərbaycanın Qarabağ zəfəridir.
İşğal altında saxlanılan Azərbaycan ərazilərinin azad edilməsi ilə regionda yeni reallıqlar yarandı. Avrasiyanın bu qərbindən şərqinədək uzanan türk zolağının qızıl körpüsü olan Azərbaycan bu gün öz tarixi haqlarını bərpa etməklə də yüz illər boyunca dünya imperalizminin parçaladığı Türk Dünyasını coğrafi baxımdan birləşdirmək missiyasını yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin Yenil İldə xalqa təbrik çıxışında və 20 yanvar 2023-cü il tarixində yerli televiziya kanallarına müsahibəsində verdiyi mesajlar məhz bu hədəfi açıq göstərir.
Azərbaycanın Zəfər savaşının nəticələrinin dünyaya qəbul etdirilməsini vurğulayan Möhtərəm Prezidentimiz tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsini yenidən gündəmə gətirərək “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” mesajı ilə məsələyə möhür vurdu. Müstəqilliyinin ilk illərində ərazisi işğal olunmuş, iqtisadiyyatı çökmüş, dövlət olaraq varlığı belə sual altında olan Azərbaycanın bu gün tarixə möhür vuran, böyük bir regionun gələcək durumunu dəyişəcək prosesə start verməsi heç şübhəsiz uzun, çətin, amma şərəfli bir siyasi iradənin nəticəsidir. Azərbaycan bu gün ordusu və siyasi mövqeyi ilə dünyanın aparıcı ölkələri ilə bir sırada durur. Azərbaycan qlobal iqtisadi böhran şəraitində işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq layihələrini həyata keçirir. Bütün bunlar regionun lider dövləti kimi Azərbaycanın qüdrətinin və qarşıya qoyulan hədəflərə nail olunmasının əsas şərtidir. 2023-cü il Azərbaycan üçün çox uğurlu il olacağına əminik.2023-cü ilin Dahi Şəxsiyyət Heydər Əliyev ilinin qeyd olması böyük keçmişə söykənərək bizləri daha uğurlu gələcəyə aparmağa sövq edir.2023-cü ildən Türk əsrinin başlaması həm də iki böyük Türk Liderinin adı ilə bağlıdır. Bu il dahi rəhbər Mustafa Kamal Atatürkün qurduğu Cumhuriyyətin və ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bəli iki böyük Türk Liderinin davamçıları olan Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bu gün Türk milətinin dünyaya tanıdılması və inkişaf etməsində böyük İmzalar atırlar.
Son ayda baş verən hadisələr ,Xankəndi-Laçın yolunda keçirilən aksiya ilə yanaşı, sosial şəbəkələrdə yayılan fikirlər Azərbaycan ictimaiyyətinin Qarabağdakı vəziyyətdən ciddi şəkildə narazı olduğunu açıq şəkildə göstərir. 2023-cü ildə Qarabağ və Qarabağ ətrafı ərazilərdə vəziyyət köklü şəkildə dəyişəcək. Azərbaycan dövləti daim sülh tərafdarıdır və bunu həyata keçirir. 2023-cü ildən qeyri-qanuni erməni silahlı qüvvələri İnşallah Qarabağdan çıxarılacaq. Vəziyyət daha da yaxşıya dəyişiləcək.
Əgər deyilənlərə və hadisələr belə inkişaf etməsə, əllbətdəki Möhtərəm Prezidentimizin dediyi kimi başqa vasitələrə əl atmalı olacağıq. Bütün bunlara ümüd edirik. Buna əminik çünki İlham Əliyev cənabları kimi Prezidentimiz var.10 yanvar 2023-cü il tarixində yerli televeziya kanallarının verdiyi müsahibəsində dediyi kimi:” Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur.”
Möhtərəm Prezidentimizn hər bir sözü əməli ilə birdir.Allah Prezidentimizi qorusun.
Ülkər Piriyeva