AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vüqar meyxanadan getsin, özünü nüfuzdan salıb” – Namiq

  • + A
  • - A
  • 2-10-2018, 10:16

    Vüqar meyxanadan getsin, özünü nüfuzdan salıb” – Namiq















    Meyxanaçı Vüqar Əbdülov bir neçə gün əvvəl həmkarları haqda qalmaqallı açıqlama verib.

    Onun “Şou ATV” verilişində səsləndirdiyi fikirləri meyxanaçılar arasında yeni qalmaqalın təməlini qoyub. Vüqarın səsləndiyi meyxanaçılardan biri də Namiq Qaraçuxurlu olub. O, həmkarının ünvanına “Namiq Qaraçuxurlu, niyə meyxana demirsən? Kim səni təhqir edir? Müəyyən bir adam tap onunla de. Ya da “meyxana” adını götür üstündən, özünü müğənni kimi təqdim et” sözlərini deyib.

    Qaraçuxurlu əməkdaşımızla söhbətində Vüqarın ünvanına bunları söyləyib: “Mən üç-dörd il bundan əvvəl bunu bağırıb deyəndə, Vüqar harada idi? Onda mənə qarşı reaksiya belə oldu ki, paxıllıq edirəm. Bəzi fikirləri ilə razıyam, amma vaxtında bunu demişəm. Gördüm ki, xeyri yoxdur.

    İndi meyxanadan uzaqlaşmağımın da səbəbi bu sənətlə bağlı məsuliyyəti üzərimdən götürməkdir. Bir neçə il əvvəl rəsmən elan etdim ki, meyxanadan uzaqlaşmışam. İndi Vüqar nə demək istəyir bilmirəm”.

    “Vüqar toyaxşamlarına gedib özünü nüfuzdan salır”

    Namiq bildirib ki, meyxana sənətinə bir çox yenilikləri o gətirib: “Rəvayət”dən tutmuş “Papanın gül balası” ilə meyxanada müəyyən yol qoymuşam. Meyxanaya klipi mən gətirdim. Yeni mövzular tapdım. Hətta mənim meyxanamdakı sözlərdən müğənnilər də mahnılar yazmağa başladılar. İlk dəfə konsert verən meyxanaçı oldum. Konsertə hətta xanımları cəlb etdim. Məni bəyənməyənlər mənim yolumdan istifadə etdi”.

    İfaçı meyxana sənətində uzun müddət qalmağın mənasız olduğunu söyləyib: “Meyxanaçının vaxtı çatanda sənətdən uzaqlaşmalıdır. Hamıya məsləhət verən Vüqar sənətlə bağlı addım atmadı. Burdan getməyə çalışmadı. Ona görə də indi toyaxşamlarında fəaliyət göstərir, özünü nüfuzdan salır. Səhnəni qızışdırır, sözlər atır. Mən bunu bacarmaram. Hal-hazırda o, meyxananı bu vəziyətə qoyub. Onun özünə məsləhət verən lazımdır. Belə etməsin. Əgər nüfuzunu qorumaq istəyirsə, meyxanadan getsin”.

    “Bütün günü deyirdi ki, qoşulmusan Aygünə”

    Namiq Vüqarın bir vaxtlar onun haqqında qalmaqallı açıqlama verməyindən söz açıb: “Mən bir vaxtlar meyxanada böyük uğurlara imza atanda, Vüqar nə edirdi? Çıxıb maqazin verilişlərində arxamca danışırdı. Mənim uğurlarıma don geyindirirdi. Dediyi meyxanalarda belə mənə söz atırdı ki, “Qoşulmusan Aygünə”… (xalq artisti Aygün Kazımova – red.). Vüqar meyxana sənəti üçün heç nə etməyib”.

    Namiq artıq meyxanaya qayıtmayacağını bildirb: “Bir ara düşündüm ki, qayıdım. Amma gördüm ki, bu aləmdə təkəm. Çıxdım efirdə dedim gəlin birləşək, nəsə edək. Hamı cavab verdi ki, meyxana sənəti əladır. Qayıtsam, mən də indikilərin etdiyini edəcəm. Artıq meyxanaçılar məclislərə də aparılmır. İndikilər iş göstərmək istəmir, hamısı ancaq pul qazanmağa çalışır”. (Axşam.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR