Məşhur aktyor müğənni Sılanı niyə döydü?
Aktyor Əhməd Kuralın müğənni sevgilisi Sılanı döymə səbəbi məlum olub.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun polisə verdiyi ifadə üzə çıxıb. O, mübahisə anlarını belə izah edib:
“Sıla ilə mənim münasibətim bitdikdən sonra onun Okan Can Yantar ilə əlaqəsi olub. Daha öncə bu barədə suallar verəndə, qarmaqarışıq cavablar vermişdi… Hadisə günü təkrar soruşduğum zaman münasibətləri olduğunu etiraf etdi. Bu səbəbdən də aramızda dava başladı. Sılanı evdən göndərmək istədim, ancaq getmədi. Bir-birimizin qollarından tutub sıxdıq, dəfələrlə yerə yıxıldıq. Bu zaman mən də yaralandım, belim əzildi və iki gün ayağa dura bilmədim. Amma şikayət etmədim”.
Xatırladaq ki, müğənni Sıla sevgilisi Əhməd Kuralın ona yaşatdığı kabus haqqında sosial şəbəkə bu sözləri yazmışdı:
“Salam, bəzən sözə başlamaq çox çətin olur. Yəqin ki, ən doğrusu məsələyə birbaşa keçməkdir. Həyatımdakı insanın fiziki şiddətinə məruz qaldım. Bu, fiziki zədə bir yana, insanın qadınlığını darmadağın edən hadisədir. Həyatda gəldiyiniz yer və uğurlarınızın bir anda əhəmiyyətsiz qaldığı dəhşətli təcrübə idi. Bu ölkədə bu günə qədər nə qədər şiddətə məruz qalan qadın varsa, gözlərinin gözlərinizə dəydiyi bir anmış. Artıq təəssüf ki, “Mən şiddətə məruz qaldım” deyə küçəyə çıxıb qışqırmağın asan olmadığını anladımş Amma onu da bilirəm ki, mən sussam öncə özümə, sonra da bu ölkənin qadınlarına, şiddətə məruz qalan insanlarına haqsızlıq etmiş olacağam. Odur ki, bu məsələ ilə bağlı susmamağa qərar verdim. Qanunların mənə verdiyi hüquqları istifadə edəcəyəm. Lakin heç bir cəza yaşadığım dəhşəti həyatımdan silməyəcək, bunu çox yaxşı bilirəm. Amma bu həyatda mahnılarla, sözlərlə ünsiyyət yarada bilmişiksə və özümü bir az tanıda bilmişəmsə, gücümü sizlərdən aldığımı da bilirsiniz. Mənə tətbiq olunan dəhşətli zorakılıq qarşısında səssiz qalmamağı seçirəm. Bəziləri sevilməyi öyrənməmiş ola bilər, amma məhəbbətin bununla heç bir əlaqəsi yoxdur”.
Aktyor Əhməd Kural isə hadisəylə əlaqədar bu açıqlamanı vermişdi:
“Əvvəlcə belə çirkin iddialarla qarşınızda olduğum üçün çox təəssüf edirəm. Bu çirkin iddiaların heç birini qəbul etmirəm. 28 Oktyabr günü Sıla və ailəmlə yemək yedik. Deyib-gülüb evimizə gəldik. Aramızda qarşılıqlı itələşmə oldu. Bu zaman yalnız qolundan tutdum. Onun xaricində heç bir iddianı qəbul etmirəm. Bununla əlaqədar hüquqi yollara müraciət edəcəyəm. Çox məyusam, çox!”
Xatırladaq ki, Sıla keçən həftə polisə müraciət edərək sevgilisi, aktyor Əhməd Kural tərəfindən şiddətə məruz qaldığını bildirmişdi.
Məlumat üçün qeyd edək ki, Sıla ilə Əhməd Kural 2017-ci ildə görüşməyə başlayıb, 2018-ci ilin fevralında ayrılmağa qərar verən cütlük keçən ay yenidən barışmışdı. Aktyorun iddialarına əsasən Sıla ondan ayrıldıqdan sonra Okan Can Yantar ilə sevgili olduğunu ondan gizlətməyə çalışıb.