AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Minecraft kinoda”nın nümayişi keçirildi – Fotolar

  • + A
  • - A
  • 7-04-2025, 15:14

    “Minecraft kinoda”nın nümayişi keçirildi – Fotolar

    “Minecraft kinoda” macəra filminin premyeradan öncə nümayişi keçirilib.

    Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri ilə yanaşı, həm böyüklər, həm uşaqlar da daxil olmaqla müxtəlif yaşlı qonaqlar iştirak ediblər.

    Cared Hessin rejissoru olduğu filmdə aktyorlar Ceyson Momoa, Cek Blek, Emma Mayers, Daniel Bruks, Sebastyan Yucin Hansen, Cenifer Kulic çəkilib.

    Qeyd edək ki, yeni film isveçli proqramçı Markus Perssonun yaratdığı Minecraft kompüter oyununun ilk adaptasiyasıdır. Persson 2009-cu ildə layihə üzərində işləməyə başlayıb və bir il sonra ilk inkişafları təqdim edib. Oyun rəsmi olaraq 2011-ci ilin noyabrında buraxılıb.

    Film 4 autsayder sirli portal vasitəsilə qəribə, kubik möcüzələr ölkəsinə düşməsindən bəhs edir. Qəhrəmanlar ölkədə məskunlaşan pis canlılarla qarşılaşmalı və evlərinə gedən yolu tapmalıdırlar. Sağ qalmaq üçün onlar malik olduqları bütün yaradıcı bacarıqlardan istifadə etməlidirlər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR