Səmra Rəhimlidən söyüşlü və erotik klip – VİDEO
Müğənni Səmra Rəhimli yeni klipini təqdim edib.
Sənətçi bu dəfə “Armas” adlı mahnısını ekranlaşdırıb. İfaçı bunun üçün fərqli obrazda kamera qarşısına keçib.
Səmra bildirib ki, hip-hop janrında ifa edən ilk azərbaycanlı xanım müğənnidir: “Armas” mənim adımın tərsinə oxunuşudur. İspan dilində tərcüməsi silahdır. Adımın tərs mənası haqqında mahnı yazdırmaq fikri prodüserim İlahə Baxşıyevaya (anası – red.) məxsusdur. Mənası dominə etmək, birinci, lider, güclü və yüksək olmaqdır. Məhz, İlahə xanım özüm haqda və bu tərzdə (hip-hop) mahnı yazmaq barədə təklif etdi. Hər zaman onun musiqi duyumuna, zövqünə və hissiyatına güvənirəm.
Çox şadam ki, biz bu layihəni reallaşdırdıq. Azərbaycanda bu üslubda ifa edən ilk qadın ifaçıyam. Mahnımda dediyim kimi “təkrarla məni, bu trekə qulaq asıb həsrətlə”. Bu, mənim üçün yeni istiqamətdir. Hər zaman hip-hopa marağım olub. Hazırda biz bu formatda albom üzərində işləyirik. Eyni zamanda sizə daha bir sirr açıqlayım, mən solo konsert verməyə hazırlaşıram”.
Sözügedən mahnının müəllifləri Clavis və OD-dur. Layihə rəhbəri, rejissoru, ssenaristi, stilisti sənətçisinin anası İlahə Baxşıyevaya məxsusdur. Səmranın saç və makiyajı üzərində Anar Ağakişiyev çalışıb.