AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sevda Ələkbərzadənin xəstəsiyəm” — Murad Boz - VİDEO

  • + A
  • - A
  • 28-10-2019, 09:26

    “Sevda Ələkbərzadənin xəstəsiyəm” — Murad Boz - VİDEO

    Ötən gün “O səs Türkiyə” yarışmasında Ayşənur Gül adlı iştirakçı əməkdar artist Sevda Ələkbərzadənin repertuarından “Elə demə” mahnısını səsləndirib.
    Qafqazinfo xəbər verir ki, ifası ilə münsifləri heyran qoyan Ayşənur onların 4-nün də dönməsinə səbəb olub.

    İfaçı “Elə demə”nin Azərbaycanın xalq mahnısı olduğunu, Ələkbərzadə tərəfindən “etno-caz cover” şəklində oxunduğunu bildirib.

    Murad Boz Ayşənurun sözünü kəsərək “Sevda Ələkbərzadə müdhiş bir səs, dünya səviyyəsində qorxunc bir istedaddır” deyib. Seda Bozun sözlərinə “qorxunc bir qırtlaqdır” deyə dəstək olub.
    Boz daha sonra Sevda Ələkbərzadəyə heyran olduğunu deyib: “Onun xəstəsiyəm. Səsiylə bambaşqa bir duyğu yaşadır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR