AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İnsanlar mənə qəribə baxır, söz atırlar” – Azərbaycanlı “Çarli Çaplin”

  • + A
  • - A
  • 1-09-2018, 11:44

    “İnsanlar mənə qəribə baxır, söz atırlar” – Azərbaycanlı “Çarli Çaplin”















    “Mən hələ uşaq yaşlarından Çarlinin fanatı idim. Onun kimi qrimlənib, onun kimi hərəkət edib, onun kimi gəzirdim. Bir sözlə, onu təqlid edirdim. Aktyorluq sənətimi seçməyimin səbəbi də Çaplin sevgisidir. Həftədə bir dəfə Çarli ilə bağlı filmlər verilirdi, baxıb görürdüm ki, o, insanları güldürür, düşündürür. Çarli Çaplinin simasında mən də istəmişəm ki, insanlara gülüş verim. Bəlkə də Çarliyə baxmasaydım, heç aktyor olmayacaqdım”.

    Bunu azərbaycanlı “Çarli Çaplin” Mehman Abdullayevin Milli.Az-a müsahibəsi zamanı deyib.

    – Hansısa teatrda çalışmısınız?

    – Bəli, teatrda çalışmışam, amma siz özünüz bilirsiniz ki, teatrda maddiyat çox zəifdir. Ona görə də teatrı tərk etmişəm.

    – Yolda, küçədə insanlar sizi necə qəbul edir?

    – Təbii ki, bu obraz mənə kompleks yaşadır. Dəfələrlə avtobusla gedib-gəlmişəm. Bir neçə ildir ki, yalnız taksidən istifadə edirəm.

    – Kompleksə görə?

    – Bəli, insanlar qəribə baxırdılar, söz atırdılar. Kimlərsə məni incitməsin deyə taksidən istifadə edirəm. Deyə bilmərəm ki, məni hamı qəbul edir. Qəbul edən də var, etməyən də.

    – Çarli olmaq sizə neçəyə başa gəlib?

    – Çarli olmaq üçün, ilk öncə, insanın görünüşü buna imkan verməlidir. Hər balacaboy aktyordan da Çarli olmaz. Çarlinin özünə uyğun mimikaları, jestləri, hərəkətləri var. Bunları bilmək çox vacibdir. Bundan əlavə geyim də böyük rol oynayır. Mən 2-3 ildən bir özümə yeni kostyum tikdirirəm. Qazancımın yarı hissəsi, demək olar ki, elə kostyumlara gedir.

    – Qazancınız hardandır?

    – Qazancımı Allah yetirir. Ad günlərinə, toy şənliklərinə dəvətlər alıram. Həm böyükləri, həm də balacaları əyləndirirəm.

    – Bu obrazdan gələcəkdə başqa necə istifadə etmək istərdiniz?

    – Mənim hal-hazırda yalnız bir arzum var. O da Çarli Çaplin haqda film çəkib, özümü dünyaya tanıtmaqdır. Siz bilirsiniz ki, hər il Çarli Çaplinin oxşarları yarışması keçirilir. Mən də orada iştirak etmək istərdim. Bu sahədə mənə böyük dəstək lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR