MEKSİKA 26 KARTEL ÜZVÜNÜ ABŞ-YƏ VERİB
Meksika hökuməti ABŞ-la razılaşma əsasında 26 yüksək səviyyəli narkotik karteli üzvünü ABŞ-ın ixtiyarına verib. Ədliyyə Nazirliyi ölüm hökmünün tətbiq edilməyəcəyinə dair öhdəlik götürüb.
Əlavə məlumatlara görə, həbs olunanlar arasında “Los Cuinis” qrupunun liderlərindən Abigael González Valencia və 2008-ci ildə Los Anceles dairəsinin şerif müavininin qətlində ittiham olunan Roberto Salazar da var. Həmçinin, həbs olunanlar arasında Sinaloa, Los Zetas və digər zorakı narkotik qruplarının üzvləri yer alır.
Bu addım Tramp administrasiyasının sərhəd təhlükəsizliyi və narkotiklərlə mübarizə siyasətinin tərkib hissəsidir.
Fevral ayında da Meksika ABŞ-a 29 kartel üzvünü təhvil vermişdi ki, onların arasında 1985-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsi agentinin qətlinə görə axtarılan Rafael Caro Quintero da var idi. Tramp administrasiyası Latın Amerikasındakı təhlükəli narkotik kartellərini “xarici terror təşkilatları” kimi tanımaqla mübarizəsini gücləndirib.
Meksika Prezidenti Klaudia Şeinbaum əməkdaşlığa açıq olduğunu bildirİB VƏ ölkənin suverenliyinə hörmət edilməsini vurğulayıb.