"İnstagram"ın yeni xidməti narazılığa səbəb olub
"İnstagram" sosial şəbəkəsinin istifadəçilərə təqdim etdiyi yeni xidmət narazılığa səbəb olub.
Bu barədə "Business İnsider" nəşri yazıb. Məlumata görə, söhbət IGTV xidmətindən gedir. Bu ilin iyun ayında tətbiqinə başlanılmış xidmət istifadəçilərə uşaqların iştirakı ilə çəkilmiş videolar təqdim edib.
İddia edilir ki, həmin videolarda uşaqlara uyğun olmayan təsvirlər yer alıb. Bu barədə polisə də məlumat verilib. Hazırda pozuntuların aradan qaldırılması üçün tədbirlər görülür.
© Report