AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bürclər – 10 dekabr

  • + A
  • - A
  • 10-12-2018, 09:00

    Bürclər – 10 dekabr














    Qoç – əvvəllər planlaşdırdığınız işlərin çoxunu günün ilk yarısında reallaşdırmaq mümkündür. Sürətli və qətiyyətli olun. Həmişə məsləhət aldığınız insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər, texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət hesablamalarınızdan artıq vaxt tuta bilər.

    Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin.

    Günün ikinci yarısı bilik və bacarıqların artırılması, informasiya mübadiləsi üçün əlverişlidir. Aldığınız məlumatları təhlil edin.

    Axşam saatlarını sevdiyiniz insanla keçirin.

    Buğa – günün ilk yarısında görüləsi işlər çoxdur. Həmin işləri bitirin. Amma bilin ki, minnətdarlıq, mükafat və ya ödəniş sonradan ola bilər. Yaşamınızdakı olaylara görə kimsəyə şikayətlənməyin.

    Mühüm məsələləri təkbaşına həll etməli olacaqsınız. Yaxınlarınız rifahları ilə bağlı məsələlərin həllini sizə həvalə etmək istəyirlər.

    Günün ikinci yarısında yorulacaqsınız. Özünüzü taqətdən salmayın. Müəyyən işləri ertəmələk olar.

    Yolda çox vaxt keçirməyin.

    Əkizlər – maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə etməyə çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada gözlənlməz hadisəni sürpriz kimi qarşılamayın.

    Yeni layihələrin reallaşdırılmasını ertələyin.

    Günün ikinci yarısında uzunmüddətli səfərə çıxmayın.

    Axşam saatlarını sakit şəraitdə, ailə üzvləri ilə birlikdə keçirin. Sevdiyiniz insan sizi dəstəkləyəcək.

    Subaysınızsa, aradığınız insanı tapacaqsınız.

    Xərçəng – günün ilk yarısı mühüm işlər və genişmiqyaslı layihələr üçün əlverişli deyil. Başlamaq istədiyiniz işin təfərrüatları, detalları barədə mümkün qədər çox informasiya toplayın. İşgüzar görüşə hazırlaşın. Ünsiyyət zamanı qarşı tərəflə sayıq davranın.

    Günün ikinci yarısında maraqlarınızı tam təmin etməyə çalışın.

    Münaqişə və ya mübahisələrə qatılmayın. Belə olayların gözlənilməz fəsadları ola bilər. Yaxınlarınızla təmaslarda səmimi və qayğıkeş olun.

    Axşam saatlarında əyləncə məkanına yollana bilərsiniz.

    Şir – işlərinizin irəliləməsi üçün başqasının təcrübəsindən yararlanın. Maraqlandığınız məsələlərdə ciddi nailiyyətlər üçün peşəkarın yardımına ehtiyacınız var.

    Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni işlərə hazır olun. Fəqət tələsməyin. Əvvəlcə planlaşdırın, sonra reallaşdırmağa başlayın.

    Yaxın ətrafınızdakı insanların qeydinə qalın. Köhnə dostlarla təmasları intensivləşdirin. Axşam saatları romantik görüş üçün əlverişlidir.

    Qız – günün ilk yarısında önəmli işə başlamaq olar. Aktiv ünsiyyət və yeni insanlarla görüşlərdə xeyir var. Gərəkli informasiyanı əldə etməyə çalışın.

    Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Situasiyadan dərhal yararlanmağa tələsməyin.

    Günün ikinci yarısında vəziyyəti yaxşı təhlil edin.

    Sevdiyiniz insanın davranışındakı fərqlər sizi təəccübləndirməsin. Şəxsi həyatınızda yeniliklər ola bilər. Ənənəvi yaşam ritminizin dəyişikliklərə ehtiyacı var.

    Tərəzi – ötənlərdə verdiyiniz vədlərlə bağlı səhər saatlarında problemlər yarana bilər. Narahat olmayın, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Aktiv olun, yarımçıq işləri tamamlayın. Müşkül vəziyyətdən çıxış yolu olduğunu unutmayın.

    Günün ikinci yarısında yeni məlumat, gözlənilməz informasiya istisna deyil.

    Yaxınlarınızla ünsiyyətdə tam səmimiyyətə bel bağlamayın. Sevdiyiniz insanla təmaslarda qıcıq, suallardan yayınmaq hissi yarana bilər. Axşam saatlarına yaxın enerji səviyyəniz aşağı düşəcək. İstirahətə normal vaxt ayırın.

    Əqrəb – qarşınıza həddən ziyadə çətin məqsədlər qoymayın. Belə məqsədlərə çatmaq üçün özünüzdə qüvvə hiss edirsinizsə, aramla çalışın. Rutin işlərin başa vurulması üçün yardıma ehtiyacınız var. Əks təqdirdə əhvalınız pozulacaq, özünüzü yorğun hiss edəcəksiniz.

    Günün ikinci yarısında məişət qayğıları diqqətinizi yayındırmasın. Ailə üzvlərinizi əhvalınız və fikirləriniz maraqlandırmayacaq. Belə eqoizm sizi pərişan edə bilər. Nəticə çıxarmağa tələsməyin. Bilmədən kiminsə xətrinə dəyə bilərsiniz.

    Oxatan – günün ilk yarısı həddən artıq mühüm məsələlərin həlli üçün əlverişli zaman deyil. İşgüzar aktivliyinizi azalda bilərsiniz. Peşəkar fəaliyyət ortamını dəyişmək olar. Problemlər barədə çox düşünməyin.

    Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizə yardım edəcəklər. Real danışan insanlarla təmaslara üstünlük verin. Təklifləri nəzərdən keçirəndə diqqətli olun. Kimdənsə asılı vəziyyətə düşməyin.

    Axşam saatlarında şəxsi münasibətlərdə anlaşılmazlıq və münaqişələr yarana bilər. Sevdiyiniz insanlarla harmonik təmasları qorumaq üçün əsassız qısqanclığa qapılmayın.

    İnam sevgidir.

    Oğlaq – diqqətli olun. Bu gün yol verəcəyiniz səhvlər və yanlışlıqlar sonradan ciddi fəsadlar yarada bilər. İşgüzar münasibətlər korlanacaq. İşdə rəhbərliyin tələbləri ziddiyyətli, qarışıqdır. Həmkarlarınız ümidlərinizi doğrultmayacaq.

    Günün ikinci yarısında alış-veriş uğursuz olacaq.

    Yaxınlarınızın dəstəyi çox mühümdür. Məhz onların sayəsində ruh düşkünlüyünə qapılmayacaq, yaxşı əhval-ruhiyyədə olacaqsınız. Ev işləri sizi pessimizmdən qurtara bilər.

    Mənasız və əsassız əndişələrə qapılmayın. Təlaş işlərə ciddi ziyan vura bilər.

    Dolça – günün ilk yarısında ciddi işlərlə məşğul olun. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Tərif gözləməyin. Təkliflərinizin dərhal eşidiləcəyini, müzakirə olunacağını düşünməyin.

    Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.

    Qətiyyətli və iradəli olsanız, məqsədə çatacaqsınız. Ailə üzvlərinin problemlərindən hali olun. Sonuclardan razı qalacaqsınız. Minnətdarlıq gözləməyin. Axşam saatlarını sakit ortamda keçirin.

    Balıqlar – günün ilk yarısı uğurludur. Bu məhsuldar zamanı mühüm və məsuliyyətli işlərə sərf edin. Özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlarla bağlı qərarlar qəbul edə bilərsiniz. Köçə hazırlaşın, potensial sifarişçi və ya yaşamınızda önəmli rol oynayacaq insanlarla müzakirələrə başlayın.

    Günün ikinci yarısında diqqət mərkəzində olmayın, bir müddət kölgəyə çəkilin. Təmasları məhdudlaşdırın. Ən yaxın insanların yardımlarına bel bağlaya bilərsiniz. Yeni tanışlara isə inanmayın.

    Axşam saatlarında normal istirahət etməyə çalışın.

    Milli.Az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR