Bürclər – 28 yanvar
Qoç – günün ilk yarısında aktiv və əzmlə çalışın. Yeni işə başlamaq olardı, amma yarımçıq işlər bitirilməyi tələb edir. Problemlər sizi narahat edir, amma ruhdan düşməyin. Nigarançılığa qapılıb süst davranmayın.
Önəm verdiyiniz insanla görüş perspektivlərinizə müsbət təsir edəcək. Rəqabət kəskinləşəcək. Görüşləri məntiqlə seçin.
Axşam saatlarınla ailənin yaşlı üzvləri ilə təmaslarda diqqətli və həssas olun. Mübahisə etməyin, neytral mövzularda danışın.
Buğa – günün ilk yarısından etibarən aktiv olun. Rasional ideyalarınız bol olsun. Başqa vaxt xeyli səy və zaman tələb edə biləcək problemi indi sürətlə çözürsünüz. Alış-verişdə qəanətli olun, pulları mənasız əşyaların alınmasına sərf etməyin.
Aradığınız informasiya və ya məlumatı əldə etməyə çalışın. Gələcəklə bağlı planlar qurmaq asan deyil. Vəziyyət sürətli və orijinal həllər tələb edir.
Ailə üzvləri ilə məsləhətləşin, qohumların dediklərinə qulaq asın. Heç bir səbəb olmadan mübahisəyə başlamayın. Çoxdan bəri həllini tələb edən münaqişəni çözün.
Əkizlər – yaşananları müsbət dəyərləndirin. Mühüm saydığınız işlərlə məşğul olun, boş söhbətlərə vaxt sərf etməyin. Səfər, dövlət qurumlarına baş çəkərək problemlərin həlli üçün əlverişli gündür. Bir şərtlə ki, cari məsələlərlə diqqətlə məşğul olasınız.
Rəqibləri üstələməyə çalışın. Uzunmüddətli stressin təsiri altına düşməmək üçün aktiv olun. Ən yaxşı ideya və təkliflərin reallaşdırılmasına dərhal başlamayın. Düşünün, götür-qoy edin.
İntellektual müstəvidə qarışıq məslələrin həlli zamanıdır. Ən çətin problemlər sürətli həllini tapa bilər.
Xərçəng – imic və səhhətinizin qayğısına qalın. Yaşam tərziniz və xarici görünüşünüzdə nəyi dəyişmək barədə düşünün, fəaliyyətə başlayın.
Məsləhət və təcrübə mübadiləsində fayda var.
İşlər arasında təxirəsalınmaz və təcili olanını bəlirləmək üçün yaxınlarınızla məsləhətləşin. Sifarişləri planlarınızla razılaşdırın. Az sonra başlayacaq proseslərdən heç olmasa birini təxminləməyə çalışın.
Uğur qazandığınız istiqamətdə sürətlənin.
Şir – ayın ən önəmli və vacib günlərindən biridir. Yalnız öz qüvvənizə, imkanlarınıza, bacarığınıza arxalanın. Bağlı qapıları aça bilərsiniz. Maliyyə məsələlərini nəzərdən keçirin. Tərəfdaşlarla münasibətdə sayıq və həssas olun. Qarşı tərəfdən diqqət gözləməyin. Ünsiyyət dairəsini elə seçin ki, gün sizə gərəkli emosiyalar versin, müsbət əhval yaratsın.
Aktivliyinizin estetik məzmunu olmalıdır. Köhnəni yeni ilə dəyişin. Alış-verişdə çox pul xərcləməyin. Axşam saatlarında qonaq gələ bilər.
Sevdiyiniz insana hədiyyə verin.
Qız – pozitiv gündür. Yaxın ətrafınızdakı insanlardan birinin təşəbbüslə çıxış etməsini gözləyin. Toplantı, kollektiv və ya qrupda ünsiyyət üçün yaxşı zamandır. Sizi diqqətlə dinləyəcəklər. Ətrafınızdakı insanlar sizi anlamağa çalışırlar, qərarlarınıza rəğbətlə yanaşırlar. Kompromisə asanlıqla nail olmaq mümkündür.
Günün ikinci yarısında aktiv olun. Ev işi və ya məişət qayğılarının çözülməsi sizə gün ərzində yığılmış stresslərdən qurtulmağa imkan verəcək.
Tərəzi – öz “dalğa”nızda olun. Ətalətli və tənbəl olmasanız, gün sizi sevindirəcək. Maraqlarınızı təmin etməyə çalışın. Sürprizlər, etiraflar, hədiyyə ola bilər.
Rəğbət bəslədiyiniz insana yardım edin.
Ənənəvi yaşam tərzinizi dəyişəcək addımlar atmayın, qərarlar verməyin. Münasibətlərdəki harmoniyanı spontan açıqlıq və etirafla pozmayın.
Qəfil eksperimenti tərəfdaş və ya iş yoldaşınız qəbul etməyəcək. Enerji axınlarından problemin həllinə yaradıcı yanaşmada istifadə edin. Daha çox fiziki iş görün. Belədə əlavə faydalı effektə nail olacaqsınız.
Əqrəb – peşəkar fəaliyyətlə bağlı məsələlərlə məşğul olun, əməkdaşlığı genişləndirin, yeni əlaqələr qurun. Maliyyə məsələlərini müzakirə edin, borcları qaytarın. Nə isə verəndə nə isə alırsınız.
Gün əlverişli və uğurludur.
Kreativinizdən real şəkildə yararlanın. Səhvləri üzə çıxaran problemləri çözün. Yarımçıq işi ən yaxşı şəkildə başa vurun. Dostlarla görüş üçün yaxşı gündür. Özünüzü tərifləməyin, yalan danışmayın, qürrələnməyin. Gələcəklə bağlı planlarınızdan çox danışmayın. Emosiyalar çoxdur. Hisslərə qapılmayın, efemer xülyalardan ayılın. İnsanlar sizdən konkret sözlər eşitmək istəyirlər. Onlar ümumi işdəki payınızı və iştirakınızı yenidən dəyərləndirirlər.
Paxıl və məkrli insanlardan qorunun.
Oxatan – yaşam tempi sürətlənir. Qəfil xəbərlər və gözlənilməz dəyişikliklər sürətlə əvəzlənir. Sözlərinizdə və əməllərinizdə qətiyyətli, ardıcıl olun. Yaşam məkanında köklü dəyişikliklər etməyin. Pul qazanmaq, gəlir əldə etmək üçün ciddi səylər, böyük zəhmət, bütün imkanların səfərbər edilməsi tələb olunur.
Xüsusi önəm verdiyiniz işdə və ya layihədə situasiya gərginləşə bilər.
Gələcəkdə işinizə yarayacaq əlaqələri nizamlayın, şəxsi münasibətlərdə hisslərə qapılmayın. Plan və niyyətləriniz barədə yaxın ətrafınızdakı insanlara mümkün qədər az danışın. Qələbəyə istiqamətlənmiş enerjinizə qapılın.
Oğlaq – önəmli və xüsusi əhəmiyyəti olan gündür. Yaxın ətrafınızdakı insanlar sizdən məsləhət almaq istəyirlər.
Tərəfdaş və həmkarlarla münasibətlərə emosiyaların güclü sirayət etdiyi məqamlarda soyuqqanlı davranın. Enerjiniz çoxdur, işlərdə sürətlənmə ola bilər. Tapşırılan işləri görün, amma kimsədən yardım və dəstək istəməyin. Mənasız illüziyalar, real işə köklənməyinizə mane olan xam xəyallarla vidalaşın. Önəmli istiqamətdə ilk addımı atın. Həmin işdən nə əldə edəcəyinizi dəqiq bilin.
Böyük işə hazırlaşın, imkanlar və riskləri hesablayın.
Dolça – hadisələr və xəbərlər əhvalınızı yaxşılaşdıra bilər. Aktiv tərəfdaşlığa və əməkdaşlığa meylli olun. Özünüzü çətin vəziyyətə salmadan yerinə yetirə biləcəyiniz həcmdə işləri öhdənizə götürün. Əvvəllər başladığınız işləri başa vurmadan və vədləri vaxtında yerinə yetirmədən yeni işlərə başlamayın.
Situasiyada təhlükəli məqamlar güclənirsə, ehtiyatlı olun. Ambisiyalarınız enerjinizlə qidalanmasın. Rəqiblər sizdə aqressiya yaratmağa çalışırlar. Dəqiq və konkret fəaliyyət ssenarisi yoxdursa, heç bir lüzum olmadan macəra aramayın.
Günün ikinci yarısında mümkün qədər çox fiziki işlə məşğul olun.
Yaxşı istirahət emosiyalarınızda müvazinət yartmağa imkan verəcək.
Tələsik və düşünülməmiş addımlar atmayın.
Balıqlar – maliyyə məsələlərinin həllindəki təşəbbüskarlığınız uğurlu ola bilər. Birgə fəaliyyətə üstünlük verin. Başladığınız layihələrə pul yatırın. Yeni işdə özünüzü sınamağa tələsməyin.
Alınan informasiya, ünvanınıza səslənən sözlər ciddi narahatlıq, ifrat reaksiya yaratmasın. Gün uğurludur. Bəzi ailə və məişət qayğıları bilavasitə iştirakınızı tələb edir. Ailə üzvləri ilə münasibətləri gərginləşdirməyin.
Axşam saatlarında qonaqlarınız olacaq.
Milli.Az