Bürclər – 6 fevral
Qoç – peşə fəaliyyəti sahəsində problemlər ola bilər. Kiçik, amma xoşagəlməz, başladığınız işi başa çatdırmağa maneələr yaradan müşküllərlə qarşılaşacaqsınız. İşdə həmkarlarla bil tapırsınız. Amma nüfuzlu insanlar və rəhbərliklə münasibətlərdə anlaşılmazlıq yaşanacağından bəzi aktual məsələlər çözümsüz qalacaq.
Toplantı və ya seminarda iştirak üçün əlverişli zamandır. Bilik, bacarıq və imkanlarınızı nümayiş etdirin.
Yaxınlarınızla təmaslarda problemlər yaratmayın. Ehtiyac olarsa, onlara yardım edin. Yaşam potensialı səviyyəsi bir qədər aşağıdır. Fiziki işi azaldın.
Axşam saatlarında istirahət edin.
Buğa – günün ilk yarısı işlər üçün çox uğurlu vaxtdır. İmkanlardan maksimum istifadə edin. Emosional problemləri həll edin, maneələr və kompleksləri dəf edin.
Hər şey asanlıqla əldə olmasa da, səy göstərin. Əzmli və qətiyyətli davranın. Belədə uğur sizin olacaq.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənir. Əhvalınız pozula bilər. Qıcıqlanmayın, stressə qapılmayın. Yaxınlarınızın xətrinə dəyməmək üçün ünsiyyəti azaldın.
Əkizlər – ehtiyatlı davranın. Çətin və qarışıq gündə intriqa qurbanı olmayın. Eksperimentlər aparmayın, yoxlanmış vasitə və metodlardan istifadə edin. Məqsədə doğru başqası tərəfindən rahat yol varsa, yeni istiqamət aramağa heç bir ehtiyac yoxdur. Çox sadə və asan təsir bağışlayan həllər dürüst ola bilər. Orijinal davranmaq üçün situasiyanı çətinləşdirməyə lüzum görmürük.
Yaxınlarınızla münasibətlər rəvan deyil. Baş verənlərə həddən ziyadə emosional reaksiya verməyin.
Xərçəng – aktiv olun, amma enerjinizi doğru istiqamətə yönəldin. Xoşagəlməz vəziyyət, münaqişə və toqquşmalar yaratmayın. Problemlərin daha bir səbəbi özünüzə və ətrafınızdakı insanlara çox tələbkar olmağınızdır.
Günü sakit keçirin. Mürəkkəb və önəmli işə başlamayın, vacib layihənin reallaşdırılmasını təxirə salın. Ümumi maliyyə və ya birgə əmlakla bağlı məsələləri həll etmək üçün əlverişli zaman deyil. Tələskənlik etməyin. Düşünülməmiş addımlar pis nəticələr verə bilər.
Şir – birgə layihələrdə və ümumi işlərdə fəal iştirak edin. Qəfil, amma xoş görüş ola bilər. Yaşam arealındakı dəyişiklikdə fayda var. Yeni maraq yarana bilər.
Alış-veriş üçün sərfəli gündür.
Maliyyə məsələlərində hesabları qarışdırmayın. Gəlir əldə edəcəksiniz. Ətrafınızdakı insanlarla asanlıqla dil tapırsınız. Yeni dostlar qazanacaqsınız. Romantik münasibətlər ehtimalı azdır.
Qız – baş verənlərə rəğmən sakit olun. Emosiyaların əsiri olsanız, gün uğursuzluqla nəticələnəcək. İnadkarlığınız məntiq çərçivəsindən kənara çıxaraq ətrafınızdakı insanları pərişan etməsin. Dəyər verdiyiniz insanların dediklərinə qulaq asın, yaxşı məsləhətləri dinləyin. Özünüzə həddən artıq güvənməyin. Eqoist və aqressiv olmayın.
Bütün niyyətlərinizin nəyin bahasına olursa-olsun həyata keçirilməsinə can atmaq sizi yanlış addımlar atmağa vadar edə bilər. Səhv etdiyinizi anladığınız halda daha da irəli getməyin.
Tərəzi – mənasız xərclər etməyin, tələsik və yanlış addımlar atmayın. Təmkinli, soyuqqanlı olun, aram davranın. Peşəkar fəaliyyət müstəvisində və maliyyə məsələlərində yaxşı tanımadığınız insanlara çox inanmayın. Bədxahlarınızın məkrli planı, fırıldaqçıların yalan vədlərinin qurbanı ola bilərsiniz.
İstənilən məsələyə ciddi münasibət sizi fəsadlardan qoruyacaq. İşlə və ya şəxsi həyatla bağlı mühüm qərarlar qəbul etmək olar. Yaxınlarınızla münasibətlərdə sərt olmayın, onların xətrinə dəyməyin.
Əqrəb – ünsiyyət və yeni tanışlıqlar üçün yaxşı gündür. Diqqət mərkəzində ola bilərsiniz. Çalışacağınız insanı seçin. İntuisiyanız sizə yardım edəcək. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Dost və müttəfiqlərinizin sayı artacaq.
Anlaşmalar, sövdələşmələr, müqavilələr üçün yaxşı gündür. Səfər və ya səyahətə yollanmaq olar. Məkan dəyişikliyində fayda var. Peşəkar fəaliyyətdəki perspektivlərinizin asılı olduğu insanlarla qarşılaşmaq olar.
Oxatan – gün uğurlu və yaxşıdır. Nailiyyətləriniz gözlədiyinizdən də yaxşı və önəmli olacaq. Xoş həmsöhbət, diqqətli dinləyici olun. Yeni tanışlıqlarla yanaşı, köhnə dostlarla ünsiyyət üçün yaxşı gündür. Ailə işlərinin öhdəsindən təkbaşına gələcəksiniz. Amma yaxınlarınıza yardım üçün müraciət etsəniz, sözləriniz qulaqardına vurulmayacaq.
Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Addım və qərarlarınız orijinal, qeyri-standart olsun. Yaxın ətrafınızdakı insanlar bunu bəyənəcəklər. Qeyri-adi əşyalar, parlaq aksessuar və ya interyer predmetləri almaq olar.
Oğlaq – gün problemlərdən xali olmasa da, çətinliklərin öhdəsindən gələcəksiniz. İntuisiyanız çox güclüdür və buna görə də ən çətin suallara cavab tapacaqsınız. Əks cins mənsubu ilə münasibətlərdə rəvanlığı qorumaq çətindir. Yeni tanışlarla birgə işlərə başlamayın. Maliyyə baxımından əlverişli gündür. Hədiyyə alacaq və ya gəlir əldə edəcəksiniz.
Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Dolça – ekstraordinar, qeyri-adi heç nə etməyin. Yaxınlarınız sizə yardım edəcəklər. Sadəcə, özünüz olun, təbii davranın. Belə olarsa, işlərinizdə ciddi çətinliklər yaranmayacaq. İşgüzar görüşlər pis keçməyəcək. Sərfəli əməkdaşlıq şərtlərinə nail ola bilərsiniz. Bu gün razılaşdırılan anlaşma, sövdələşmə və müqavilələrin bəziləri riskli təsir bağışlaya bilər, amma gəlir əldə edəcəksiniz.
Yeni tanışlıqlar xoş olacaq. Hisslər burulğanına düşməyin.
Balıqlar – səhər saatlarından etibarən faydalı işlərlə məşğul olmağa çalışın. Günün faydalı olmasına can atın. Vaxtınızı mənasz işlərə sərf etməyin. Maliyyə məsələlərinin öhdəsindən asanlıqla gələcəksiniz. Pullarınızı məntiqlə xərcləyin.
İntuisiya və yaradıcı yanaşma tələb olunan məqamlarda səhvlərə yol verməməyə çalışın.
Münaqişəli situasiya qəflətən yaranacaq və tez də həllini tapacaq. Sizdən yaşca kiçik, sadəlövh insana yanlışlıqlarını göstərin.
Təcrübəsini sizinlə bölüşərək məsləhət vermək istəyən insanı dinləyin. (Milli.Az)